Bildiyiniz kimi, reklam növlərindən biri də imic reklamıdır, buna brendi möhkəmləndirmə reklamı da demək olar.
Bu reklamda əsas məqsəd hər hansı bir məhsulu tanıtmaq, onun satışı stimullaşdırmaq olmayıb, müştərinin yaddaşında, şüurunda artıq formalaşmış brendin tutduğu yeri möhkəmlətmək, onun nüfuzunu artırmaqdır.
Imic reklamı ilk növbədə təşkilatın hədəf bazarda dərk edilən əhəmiyyətinin artırılması üçün həyata keçirilir. İmic reklamı ayrı-ayrı məhsullar üzərində mərkəzləşmir, daha çox şirkətin nə təklif etdiyini təqdim edir. Belə reklamlara daha çox iri banklar, telekommunikasiya şirkətləri, iri avtomobil konsernləri əl atır, həmçinin FMCG sektorunda da rast gəlinir.
Bütün dünyada banklar da bu tip reklamdan geniş istifadə edir, bank deyəndə insanın beynində etimad, güvən, partnyor və s assosiasiyalar yaransın deyə, keçmiş dəyərlərə söykənən, müasir həllərdən istifadə edən bir təşkilat obrazı yaradılır.
Nümunələrin dili ilə
Bank of America
Nümunələr özü danışsın deyə, xatırlayırsınızsa, bir müddət öncə, Azərbaycan mediasının diqqətini çəkən, Cem Yılmazın iştirakı ilə, Türkiyə İş Bankasının 90 illiyi münasibəti ilə çəkilmiş reklam oldu. Reklam həqiqətən olduqca təsirli alınmış və çoxlarının rəğbətini qazanmağa müvəffəq oldu. Bu “İş Bankasının” Cem Yılmazın iştirakı ilə çəkilən heç də ilk reklam deyildi.
“Nəyə görə bizdə belə reklamlar çəkilmir?” – deyə bir sual dolaşdı. Sonra Azərbaycan bank bazarında da belə reklamların çəkilməsinə bir ehtiyac yarandı. Ehtiyacı yaradan səbəb isə Mərkəzi Bankın “kommersiya banklarına istehlak kreditlərinin reklamını qadağan etməsi ilə bağlı gəzən” şayiələr idi. Bank rəsmiləri bildirirdi, istehlak kredirlərinin reklamı müştəri cəlb edilməsi baxımından daha effektivdir və imic reklamları elə də yadda qalan olmur.
Siz də elə reklam çəkin, “hisslərə toxunsun” və yadda qalan olsun!
Bank of Baku-imic çarxı
Düşünürəm ki, bazara vaxtında hesablanmış və uzaqgörənliklə düşünülmüş bir qərar idi. Deməli bizdə də belə reklamlar çəkmək mümkünmüş.
Sərhədsiz ölkədə, sərhədsiz sevgi
Haqqında son olaraq, danışmaq istədiyim imic çarxı isə Yapı Kredi Bank Türkiyənin 70 illiyi münasibəti ilə çəkilmiş imic çarxıdır.
Çarxın əsas ideyası belədir: “Hər duyğusunu sərhədsiz yaşayan bir ölkə, xidmətdə də sərhədsizliyə layiqdir. 70 ildə tək dediyimiz də budur: Xidmətdə sərhəd yoxdur.”
Bəli, dəyərləri, milli özəllikləri, müasir trendləri əhatə edən və insan duyğularına toxunan reklam çarxları ilə insanların qəlbini fəth etmək mümkündür. Çünki sonda qərar verən insan psixologiyasıdır.