Bankların faiz xərclərində vəziyyət necə dəyişib? | Banco.az

Bankların faiz xərclərində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Bank of Baku”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “AFB Bank”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (31,9%), ən az azalma isə “Bank of Baku”da (4,3%) qeydə alınıb.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-iyun aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (64,3%), ən aşağı dinamika isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (0,3%) qeydə alınıb.

4 bankın faiz xərcləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I yarısındakı faiz xərcləri 20 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (51 milyon 691 min manat), “Kapital Bank” (31 milyon 737 min manat), “PAŞA Bank” (26 milyon 406 min manat) ASC-lər, eləcə də “Access Bank” QSC-dir (21 milyon 763 min manat).

Qalan 22 bankdan 4-də faiz xərcləri 10-20 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 6 bankda isə 1 milyon manatdan azdır.

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et