Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il dekabr ayının 1-i tarixinə Azərbaycan banklarının dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin orta məbləği 60 904 min manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Hesabata görə, bu, 1 ay əvvəllə müqayisədə 0,2%, 2022-ci il dekabrın 1-i ilə müqayisədə isə 5,3% çoxdur. Dekabr ayına verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 6,3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!