Bankların dollar tələbi kəskin artıb | Banco.az

Bankların dollar tələbi kəskin artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (8 fevral) müqayisədə 89,7 milyon dollar və ya 2,5 dəfə çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən 4 hərracda bankların dollar tələbi 370,9 milyon ABŞ dollar olub. 

Tarix (2024-cü il üzrə)

Tələb

13 fevral

151,1 milyon dollar

8 fevral

61,4 milyon dollar

6 fevral

79,7 milyon dollar

1 fevral

78,7 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et