Bankların dollar tələbi cüzi artıb | Banco.az

Bankların dollar tələbi cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 79,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (1 fevral) müqayisədə 1 milyon dollar və ya 1,3% çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən 2 hərracda bankların dollar tələbi 158,4 milyon ABŞ dolları olub. 

Tarix (2024-cü il üzrə)

Tələb

6 fevral

79,7 milyon dollar

1 fevral

78,7 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et