Bankların dollar tələbi 39% azalıb | Banco.az

Bankların dollar tələbi 39% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 35,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 22,2 milyon ABŞ dolları və ya 38,7% azdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Bundan əvvəlki hərracda tələb 57,4 mln. ABŞ dolları olub. Qeyd edək ki, oktyabr ayında Mərkəzi Bankda 9 valyuta hərracı keçirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et