Bankların dollar tələbi 23% azalıb | Banco.az

Bankların dollar tələbi 23% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 61,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (6 fevral) müqayisədə 18,3 milyon dollar və ya 23% azdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən 3 hərracda bankların dollar tələbi 219,8 milyon ABŞ dollar olub. 

Tarix (2024-cü il üzrə)

Tələb

8 fevral

61,4 milyon dollar

6 fevral

79,7 milyon dollar

1 fevral

78,7 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et