Bankların cəmi aktivləri 31 mlrd. manatdan çoxdur | Banco.az

Bankların cəmi aktivləri 31 mlrd. manatdan çoxdur

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 31 dekabr 2016-cı il tarixinə olan icmal göstəricilərini açıqlayıb. 

Palatadan verilən məlumata görə, yerli 32 kommersiya bankının cəmi aktivləri 31 439,5 mln. manat, cəmi öhdəlikləri 29,530,7 mln. manat, balans kapitalı isə 1 908,8 mln. manat təşkil edib.

Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Azərbaycan banklarının filiallarının sayı 569, söbələrinin sayı 131, bankomatlarının sayı 2 461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfərdir.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-ların işçi heyəti 2 657 nəfərdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et