Bankların biznes kreditlərinin həcmi 4%-dən çox artıb | Banco.az

Bankların biznes kreditlərinin həcmi 4%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bankların kredit portfelinin həcmi bu ilin iyul ayının 1-nə 21 mlrd. 296 mln. manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.

Portfelin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi 1 ay əvvəllə müqayisədə 4,3% artaraq 11,6 mlrd. manat təşkil edib.

Bu dövrdə istehlak kreditlərinin həcmi 6,3 mlrd. manat, ipoteka kreditlərinin həcmi isə 3,3 mlrd. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram