"Bankların birləşməsi bağlanmasından yaxşıdır" | Banco.az

"Bankların birləşməsi bağlanmasından yaxşıdır"

"Bankın birləşməsi, onun bağlanmasından daha optimaldır".

Bu fikri iqtisadçı ekspert, Samir Əliyev banco.az-a verdiyi açıqlamasında qeyd edib.

Bağlanma zamanı fəsadlar daha ağır olur. Bu bir tərəfdən əmanət sahiblərinə ziyandır, digər bir tərəfdən banklara olan inama zərbə gətirə bilər. Odur ki, bağlanma məqsədə uyğun deyil. Bankların birləşməsi isə elə bir şeydir ki, bu zaman əmanətlər də qorunur. Bu bir növ banklarn güclərini səfərbər etmələri kimi bir şeydir.

AGBank və Dəmirbank da devalvasiyadan sonra, çətinlik çəkən banklardan idilər. Nəinki onlarda, digər banklarda da böyüklü, kiçikli problemlər yarandı. Bu vəziyyətdə birləşmə ən uyğun variantdır. Düşünürəm ki, AGBank və Dəmirbank-ın birləşməsi mexaniki xarakter daşımır. Bu banklar ayrı-ayrı banklardır və bu səbəbdən səmərə payı daha çoxdur. Birləşmə nəticəsində səhmdarlar artacaq, nəzarət daha da güclənəcək. Bu isə yaxşı haldır.Yaxşı olardı ki, eyni təsisçiyə malik olan banklar da birləşsinlər. Güclü olmaq bu üçün lazımdır. Eyni zamanda cəmiyyətə negativ informasiya aşılanmamış olar.

Ən sərfəli kredit üçün müraciət et

Əslində birləşmiş bankların olduğu cəmiyyətə rəqabət mühiti də güclənir. Ölkəmizdə isə bank sayı çoxdur. Azərbaycanda bankların bazar payının strukturuna baxsaq, ən böyük paya malik olan Beynəlxalq Bank-dır (1/3). Bu təxminən 40%-ə bərabərdir. Beynəlxalq Bank-dan savayı ilk beşlikdə olan bankların payı 4-5%-dir.

Azərbaycanda bankların sayı kiçikdir. Birləşmənin necə aparılması da önəmli faktordur. Əgər böyük bank kiçik bankları udacaqsa, bu təmərküzləşmənin yaranmasına gətirib çıxardacaq. Lakin, kiçik və ya orta səviyyəli banklar öz aralarında birləşsə daha yaxşı olardı. AG Bank və Dəmir Bank-ın bu cəhətdən birləşməsi uğurlu olardı.

Gələcək barədə isə bunu deyə bilərəm ki, bağlanması planlaşdırılan bankların taleyini "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun qəbuluna qədər həll edəcək. Birləşmələr ilə bərabər sayın bank sayının 30-35 olacağını düşünürəm.

Ən sərfəli krediti almaq üçün müraciət et