Bankların birində yeni departament yaradılıb | Banco.az

Bankların birində yeni departament yaradılıb

 "AFB Bank" ASC-də Risklərin idarə olunması Departamenti yaradılıb. Bu barədə "Report" Bankın saytına istinadən xəbər verir.

Yeni departamentə rəhbərlik Babək Rəsulzadəyə həvalə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et