Balansdankənar əməliyyatlar – baş verdiyi anda mühasibat (balans) hesabatında aktiv və ya öhdəlik kimi tanınmayan əməliyyatlardır.
Buna görə də, bu əməliyyatlar bankların balans hesabatlarında əks olunmur və ayrıca hesabatda – balansdankənar hesabatda dərc olunur.
Çünki, bu, elə bir əməliyyatdır ki, bu əməliyyatın nəticəsi (mənfəət və ya zərər) yalnız gələcəkdə həmin hadisənin baş verməsi və yaxud verməməsi faktı üzrə tanınır.
Balansdankənar əməliyyatlar bank üçün həm riskli, həm də risksiz olmaqla iki yerə ayrılır.
Banklarda balansdankənar öhdəliklərə:
- Qarantiyalar və bu qəbildən olan öhdəliklər;
- Kredit alətləri;
- Akkreditivlər;
- Forvard və fyuçers müqavilələri;
- Digər balansarxası öhdəliklər daxildir.
Bu göstəricilər bankın "Balansarxası öhdəlikər hesabatında" əks olunur. Bunlara aydınlıq gətirək:
Bank qarantiyaları - İki biznes tərəfdaşı arasında bağlanmış müqavilə əsasında birinin digəri qarşısında öhdəliklərinin, təminat üsuludur. Bank, qarantiya ilə nəzərdə tutulmuş məbləğin, zəmanət şərtlərinə uyğun yazılı tələb təqdim olunduqda ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qarantiya ödəniş aləti deyil və zəmanət üzrə ödəniş müştəri öhdəliklərini yerinə yetirmədikdə aparılır. Bank qarantiyasından istifadə edildikdə, ödəniş əvvəlcədən deyil, çatdırılmadan sonra və ya hissə-hissə ödənilir.
Kredit alətlərinə
a) kredit öhdəlikləri
b) istifadə olunmamış kredit xətləri daxildir.
Kredit xətləri - bankın, yaxud digər kredit institutunun borc alan subyekt qarşısında kredit vəsaitini təqdim etməklə bağlı öhdəliyi, yaxud bu öhdəliyin hüquqi rəsmiləşdirilməsidir. Bu zaman kredit vəsaiti bir dəfəlik deyil, hisssə-hissə təqdim olunur və borc alan subyektin bütün müqavilə şərtlərinə əməl etdiyi təqdirdə kreditor kredit məbləğinin növbəti hissəsinin təqdim edilməsi ilə bağlı öhdəlik daşıyır.
Akkreditivlər - Satıcı tərəfindən malın göndərilməsi, müvafiq sənədlərin təqdim edilməsi və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi müqabilində alıcının göstərişinə əsasən akkreditivdə göstərilən məbləğin satıcıya ödənişini təmin edən razılaşmadır.
Forvard və fyuçers müqavilələri gələcəkdə əvvəlcədən müəyyən edilmiş tarixdə və qiymətdə hər hansı aktivi almaq və ya satmaq hüququ verən maliyyə alətidir.
“Balansdankənar öhdəliklər hesabat”ını dərc edən banklarda bu müvafiq öhdəliklərin həcmi aşağıdakı kimidir:
Bank |
Balansdankənar öhdəliklər (manat) |
Tarix |
AFB Bank |
35 mln. |
30.06.2016 |
ASB Bank |
45 mln. |
30.06.2016 |
Atabank |
68 mln. |
30.06.2016 |
Bank Avrasiya |
17 mln. |
31.07.2016 |
Bank of Baku |
69 mln. |
30.06.2016 |
Bank Respublika |
22 mln. |
30.09.2015 |
Expressbank |
144 mln. |
31.12.2015 |
Paşa Bank |
908 mln. |
30.06.2016 |
Turanbank |
23 mln. |
30.06.2016 |