Bankların bahalı kredit siyasəti problemli kreditlərin artmasında rol oynayır | Banco.az

Bankların bahalı kredit siyasəti problemli kreditlərin artmasında rol oynayır

"Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir".

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramlı şəxsi "Facebook" hesabında yazıb.

“Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb. Belə ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklarda bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Bu o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2,3 % artıb. İyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7,7 milyon manat olub", - V.Bayramlı bildirib.

Onun fikrincə, problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb: "Eyni zamanda, depozit dividendləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada depozitlərə ya faiz ödənişi etmirlər, ya da cüzi dividend hesablayırlar.

Depozit dividendlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et