Bankların aktiv əməliyyatları üzrə kreditləşmə payı 72,8%-ə çatıb | Banco.az

Bankların aktiv əməliyyatları üzrə kreditləşmə payı 72,8%-ə çatıb

Azərbaycanın Mərkəzi Bankı (AMB) tərəfindən verilən məlumatda kommersiya banklarının aktiv əməliyyatlarında kreditləşmənin payının artdığı qeyd olunur.

Məlumatda deyilir ki, 2014-cü ilin 1 iyun tarixi üzrə bank kreditləşməsi aktiv əməliyyatların 72,83%-ni təşkil edib. Bu rəqəm 2013 və 2014-cü illərin əvvəlində qeydə alınan göstəricilərdən fərqlənir. Məlumat üçün qeyd edək ki, 2013-cü ilin əvvəlində bu rəqəm 72,4%-ə, 2014-cü ilin əvvəlində isə 73,53%-ə bərabər idi.

Ən sərfəli kredit üçün müraciət et

Bankların ümumi kredit portfeli isə 16125,5 mln. manat təşkil edib. Qeyd edək ki, 2014-cü ilin 1 yanvar tarixi üzrə bu göstərici 14989,8 mln. manata, 2013-cü ilin həmin dövrü üzrə isə 11963,9 mln. manata çatırdı. Cari ilin 1 iyun tarixi üzrə qeydə alınan göstəricilərə görə, bankların aktivləri 22140 mln. manat təşkil etməklə, cari ilin 1 yanvar tarixi və 2013-cü ilin eyni dövrü üzrə olan göstəriciləri üstələyib.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et