Bankların 2016-cı il üzrə auditini bu şirkətlər aparır - ARAŞDIRMA | Banco.az

Bankların 2016-cı il üzrə auditini bu şirkətlər aparır - ARAŞDIRMA

Hər bir şirkət, xüsusən də böyük şirkətlər maliyyə hesabatlarının, mühasibat qeydlərinin dəqiqliyini yoxlamaq üçün auditə ehtiyac duyur.

Əvvəlcə auditin nə olduğuna aydınlıq gətirək.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Kənar audit isə təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

Bankların da öz növbəsində kənar auditə ehtiyacı var. Kənar audit bankın eləcə də, şirkətlərin fəaliyyətinin düzgünlüyünü və qaydalara uyğunluğunu yoxlayır. Düzdür, mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünün yoxlanılması üçün hər bir bankın daxili auditi mövcuddur. Lakin, əsas fərq odur ki, kənar auditorlar bankın öz işçiləri deyil və şirkətin xətalarının üzərindən keçmək ehtimalı yoxdur. Buna görə də xarici auditorun qiymətləndirmələri daxili auditordan daha dəqiq və etibarlıdır.

Həmçinin, audit zamanı bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilir.

Bəs banklarımız 2016-cı ilin maliyyə hesabatlarının və mühasibat sistemin yoxlanılması üçün hansı audit şirkətlərini və sərbəst auditorları seçiblər?

 

Bank of Baku, Bank Respublika, NBC Bank, Nikoil Bank və Turanbank kənar auditin aparılmasını  “Böyük Dördlük”ə (Big Four) daxil olan dünyanın 4 nəhəng audit şirkətlərindən biri, KPMG-ə həvalə edib.

Dünyanın bir çox yerində nümayəndəliyi olan KPMG-nin mərkəzi Niderland-Amsterdamda yerləşir və nümayəndəlikləri vasitəsilə şirkətlərə audit, vergi, məsləhət və s. xidmətlər göstərir.

Nikoil Bank ötən il də KPMG şirkətini bankın auditi etmişdi. Bank of Baku-nun kənar auditini isə 2011-2015 illərdə Deloitte şirkəti həyata keçirirdi. Bank Respublika 2005-2014 illərdə, Turanbank isə 2014-2015 illərdə kənar auditin aparılması üçün Deloitte şirkətini seçmişdi. NBC Bank-ın kənar auditini isə 2013-2015 illərdə RSM aparırdı. 

 

AccessBank, Azər Türk Bank Paşa Bank 2016-cı ilin audit rəyinin verilməsi üzrə EY - Ernst & Young audit şirkətini seçib. 

“Ernst & Young” (EY) qərargahı İngiltərə-Londonda yerləşən və dünyanın ən nəhəng peşəkar xidmət şəbəkələri sayılan “Böyük Dördlük” şirkətlərindən biridir. Gəlirlərinə görə "Deloitte" və "PWC"-dən sonra üçüncü,əməkdaşlarının sayına görə isə "Deloitte"-dən sonra ikincidir. Təşkilat ayrı-ayrı ölkələrdə üzv şirkətlər və hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərir və şirkətlərə vergi, konsaltinq və məsləhət, maliyyə auditi xidmətləri təklif edir.

Qeyd etdiyimiz hər 3 bank ötən illərin auditini eyni şirkətə həvalə etmişdilər. AccessBank-ın 2013-2015, Azər Türk Bank-ın 2014-2015, Paşa Bank-ın 2007-2015 illərdə kənar auditini “Ernst & Young” şirkəti aparmışdı.

 

2 bankın 2016-cı il üzrə audit rəyini "PwC"PricewaterhouseCoopers verəcəkdir. Onların arasında bu il Atabank ilə birləşməsi nəzərdə tutulan Caspian Development Bank da var. Digər bank isə Expressbank-dır.

PricewaterhouseCoopers (PwC) – Mərkəzi İngiltərə-Londonda yerləşən peşəkar xidmət şəbəkəsidir. “Böyük Dördlük” (Big Four) şirkətləri arasında gəlirlərinə görə ikinci, əməkdaşlarının sayına görə isə üçüncüdür. PwC 157 ölkədə yerləşən şirkətlər şəbəkəsi olub müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərir və 208 min-dən çox işçisi var. Şirkət 1998-ci ildə Coopers & Lybrand və Price Waterhouse-un birləşməsindən formalaşıb. 2016-cı il etibarilə ABŞ-ın 5-ci ən böyük özəl şirkətidir.

"PwC" 2015-ci ildə də Caspian Development Bank-ın audit yoxlamasını aparmışdı. Expressbank-ın 2010-2015 illərdə auditini “Ernst & Young” həyata keçirmişdi. 

 

Azərbaycan Beynəlxalq Bankı AFB Bank kənar auditin aparılması üzrə Deloitte & Touche şirkətini seçib.

"Deloitte Touche Tohmatsu Limited" dünyanın 4 böyük audit şirkətlərindən biridir, gəlirlərinə və və mütəxəssislərinin sayına görə isə dünyada birincidir. "Deloitte" seçilmiş müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergi üzrə və digər əlaqədar xidmətlər göstərmək məqsədilə dünyanın bir çox ölkələrində on minlərlə peşəkarların əməkdaşlıq etdiyi bir brenddir.

Hər iki bankın ötən illərdə kənar auditini elə Deloitte aparmışdı.

 

ASB Bank və Yapı Kredi Bank Azərbaycan-ın ötən il üzrə maliyyə hesabatlarını Grant Thornton yoxlayacaq. 

Grant Thornton dünyanın yeddinci ən böyük peşəkar xidmət şəbəkəsi olub, biznes, ictimai əhəmiyyətli qurumlar və dövlət sektoru təşkilatlarına vergi, audit və təminat, maliyyə məsləhəti xidmətləri göstərir. 

ASB Bank 2013-2015 illərdə kənar audit yoxlamasını Grant Thornton-a həvalə etmişdi, Yapı Kredi Bank Azərbaycan isə 2014-2015-ci illərdə auditi Ernst & Young-a tapşırmışdı.

 

Atabank, Bank Avrasiya və Muğanbank-ın 2016-cı il hesabatlarını Baker Tilly Azerbaijan yoxlayacaq və audit rəyini verəcək.

Image result for baker tilly

Baker Tilly Azerbaijan xarici audit şirkəti olan Baker Tilly İnternational-ın Azərbaycandakı nümayəndəliyidir.

Atabank-ın 2014-2015-ci illərdə auditini PwCBank Avrasiya və Muğanbank-ın 2015-ci il üçün Baker Tilly Azerbaijan aparmışdı.

 

Xalq Bank-ın auditini aparacaq şirkət isə Baltic Caspian Audit-dir. Bankın ötən illərdə də auditini həmin şirkət həyata keçirmişdi.

Image result for Baltic Caspian Audit

Baltic Caspian Audit Crowe Horwath International audit şirkətinin Azərbaycandakı nümayəndəliyidir.

 

Unibank kənar auditin aparılması üzrə sərbəst auditor təyin etmişdir. Bu, Xaləddin Cəlal oğlu Əliyevdir. qeyd edək ki, Unibank-ın 2013-2014-cü illərdə kənar auditini Deloitte həyata keçirmişdi.

 

Hər bir bankın 2016-cı il üzrə maliyyə hesabatlarının və mühasibat sisteminin auditini aparacaq və həmin ilin audit rəyini verəcək şirkətlər aşağıdakı siyahıda tam göstərilmişdir.

Qeyd edək ki, bu məlumatlar bankların özləri ilə əlaqə saxlanılaraq öyrənilmişdir. Bir sıra banklarda kənar audit şirkəti hələ dəqiq təyin olunmasa da, bəzi banklar bu məlumatı açıqlamaq istəməmişdir.

Bank

Audit şirkəti və ya auditor 

AccessBank

Ernst & Young

AFB Bank

Deloitte & Touche

AGBank

-

Amrahbank

-

ASB Bank

Grant Thornton

Atabank

Baker Tilly Azerbaijan

Azər Türk Bank

Ernst & Young

Bank Avrasiya

Baker Tilly Azerbaijan

Bank BTB

-

Bank of Baku

KPMG

Bank Respublika

KPMG

Bank Silk Way

-

Beynəlxalq Bank

Deloitte & Touche

Caspian Development Bank

PricewaterhouseCoopers

Dəmirbank

-

Expressbank

PricewaterhouseCoopers

Gunay Bank

-

Kapital Bank

-

Muğanbank

Baker Tilly Azerbaijan

NBC Bank

KPMG

Nikoil Bank

KPMG

Paşa Bank

Ernst & Young

Rabitəbank

-

Turanbank

KPMG

Unibank

Xaləddin Cəlal oğlu Əliyev 

VTB Bank Azərbaycan

-

Xalq Bank

Baltic Caspian Audit

Yapı Kredi Bank Azərbaycan

Grant Thornton

Ziraat Bankı

-

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et