Banklarımızın Novruz kampaniyaları | Banco.az

Banklarımızın Novruz kampaniyaları

Milli bayramımız olan Novruz öz xoş əhval-ruhiyyəsi ilə artıq indidən hiss edilməyə başlayıb. Bu bayram sevinc və bərəkətin rəmzidir. Banklarımız da müştərilərini, sevənlərini bu bayram çox intizarda saxlamadan kampaniyalarına start verdi. 

Bir-birindən maraqlı və sərfəli bayram kampaniyaları sizlər üçün bir yerə topladıq. Hər birindən yararlanmağa çalışın.

Bayramınız mübarək!!!

 

Novruz bayramı ilə əlaqədar əmanət kampaniyası!

Expressbank-dan müştərilərinə Novruz müjdəsi! Expressbank Novruz bayramı ilə əlaqədar yeni əmanət kampaniyası elan edir! Kampaniya çərçivəsində milli valyutada olan bütün əmanətlər üzrə faiz dərəcələri artırılmışdır.

Vəsaitinizi “Klassik”, “Mücrü” və ya “Əlavə fürsət” əmanət növlərindən birinə yerləşdirməklə Siz pulunuzu həm yığmaq, həm də artırmaq imkanı əldə edirsiniz. Operativ xidmət, 17% faizədək yüksələn faiz dərəcələri və sərfəli şərtlər təklif edən Expressbank Sizin etibarlı və sabit gəlir mənbəyinizə çevriləcək.

 

Bank of Baku-dan Bolkartlılara özəl Novruz kampaniyası!

Novruz bayramı ərəfəsində, Bank of Baku bayram alış-verişinə hazırlaşan Bolkart müştəriləri üçün yeni kampaniyaya start verir.

10-20 mart tarixləri arasında keçirilən kampaniya çərçivəsində Bolkartlılar, bayram bazarlığını sərfəli şərtlərlə edə biləcəklər. Belə ki, bu dövr ərzində Bolkart sahibləri bayram alış-verişlərini rahatlıqla edib, xərcini 1 ay sonra deyil, 2 ay sonra ödəmək imkanı əldə edirlər. Yəni, Martda alıb, xərcini Apreldə deyil, Mayda ödəyəcəklər.

Kampaniya Bolkart partnyor şəbəkəsinə daxil olan bütün market və supermarketlərdə keçərlidir. Onların siyahısı ilə bu linkdən tanış ola bilərsiniz: https://goo.gl/DWNrdJ

 

Azərbaycan Beynəlxalq Bankında Novruz kampaniyası

Azərbaycan Beynəlxalq Bankı öz müştəriləri üçün xoş Novruz sürprizləri hazırlayıb. Novruz bayramı münasibətilə 13 mart 2017-ci il tarixindən 31 mart 2017‑ci il tarixinə qədər Bankda 2 güzəştli kampaniyaya start verilir. Bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində Bankda manat depoziti yerləşdirən müştərilərinillik depozit faizlərinə 1% əlavə olunacaq. Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.

Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə VISA və MasterCard Gold və Platinum kartlarını 50 %endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində Gold kartlarını cəmi 15, Platinum kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün MobilBank vəİnternetBank tam pulsuzdur. Kampaniyalar barədə ətraflı: https://www.ibar.az/individual/novruz-qazanciniz-bol-olsun/

 

Caspian Development Bankdan KartMart kampaniyası!

Caspian Development Bank adlı birinin şəkli.

Novruz bayramı münasibətilə bank bayram kampaniyasına start verib. Belə ki, yalnız Mart ayı boyunca hər kəs KartMarta sahib olmaq üçün müraciət edə bilər. 
Kartın üstünlükləri: 
- Komissiya - 0%
- Kart müştəriyə ödənişsiz təqdim olunur.
- Kartda istifadə olunmuş məbləğə 30 gün faiz hesablanmır.
- Kartda kredit xətti 2000 manata qədərdir.
- Kartdakı vəsait nağdlaşdırıla bilər.
- Kartla bağlı bir çox restoranlarda, otellərdə, dükanlarda endirim kampaniyaları həyata keçirilir.
- Kartı əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.
KartMartı sifariş etmək üçün bu linkə daxil olmanız kifayətdir : http://credit.cdbbank.az/kartmart

Ən sərfəli kredit üçün müraciət et

 

PayKart kredit kartı indi zaminsiz! 

PayKart adlı birinin şəkli.

Novruz Bayramı ərəfəsində “Bank Respublika” PayKart kredit kartını 500 AZN-lik limitlə, ödənişsiz və zaminsiz almaq imkanını təklif edir. 300-dən çox partnyor satış nöqtələri olan PayKart kredit kartı - İdeal, Maxi.az, Embawood, UNITED COLORS OF BENETTON və bir çox digər tanınmış brendlərlə əmakdaşlıq edir. 

 

Kapital Bank-dan Novruz endirimləri

Kapital Bank Novruz Bayramı münasibətilə endirimli kampaniya keçirir. Şərtlərə görə 31 mart tarixinədək Kapital Bank-dan nağd pul krediti əldə etmək istəyən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim ediləcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az.

 

AGBank-dan Novruz əmanəti

AGBank adlı birinin şəkli.

AGBank “AGBankda Novruz əmanəti yerləşdir” kampaniyasına start verir. Kampaniyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştəriyə mart ayın 10-dan 31 Mart tarixinədək bir ay müddətinə illik 15% ,100 AZN başlayaraq istədiyi məbləğdə depozit yerləşdirmək imkanı verir. Əlavə vəsaitin qoyuluşuna imkan verilir. Eyni zamanda AGBank-aqoyulmuş depozitlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.

 

On tələbənin təhsil haqqını Azər Türk Bank ödəyəcək

Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən Azər Türk Bank bu il  ənənəni pozdu. Belə ki, bank rəhbərliyinin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik  təhsil haqqı ödəniləcəkdir.  Qeyd etmək lazımdır ki, Bank tərəfindən atılan bu xeyirxah addımın ikiqat səmərəsi vardır. Çünki qanunvericiliyə görə, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Ən sərfəli krediti almaq üçün müraciət et