ROCE (return on capital employed) əmsalı şirkətin rentabelliyini və kapitalını nə qədər effektiv istifadə etdiyini göstərən gəlirililik indikatorudur. Bu əmsal şirktlərin istifadə etdiyi kapitalın miqdarına əsasən onlar arasındakı gəlirliliyi müqayisə edir. Bu əmsalı hesablamaq üçün iki göstəricini müəyyən etməliyik.
1) Capital Employed
2) Earning Before İnterest and Taxes (Vergi və faizdən əvvəlki gəlir)
Capital employed göstəricisinin hesablanmasının bir neçə yolu var, məsələn
- Shareholder's equity + Debt liabilities (səhmdar kapitalı+borc öhdəlikləri)
- Total assets - Current liabilities (Ümumi aktivlər-Qısamüddətli öhdəliklər)
- Equity+ Non-current liabilities (Kapital + Uzunmüddətli öhdəliklər)
Biz bu məqalədə, Capital Employed göstəricisini ikinci yolla hesablamağa çalışdıq.
Qeyd: Bankların uzun və qısamüddətli öhdəlikləri ayrıca verilmədiyindən capital employed göstəricisində cəmi öhdəlikləri nəzərə almışıq.
Vergi və faizdən əvvəlki gəlir isə elə əməliyyat gəlirinin (operating income) özüdür. Bir çox banklarımızda vergi və faizdən əvvəlki gəlir xalis mənfəətə bərabər olduğundan, onlaın capital employed göstəricisi return on equity əmsalına bərabər olmuşdur.
Yəni, ROCE əmsalını hesablamaq üçün Vergi və fazidən əvvəlki gəliri Capital Employed göstəricisinə bölürük.
Bank |
ROCE |
Nikoil Bank |
0,85 |
Kapital Bank |
0,19 |
Azərbaycan Beynəlxalq Bank |
0,19 |
Unibank |
0,19 |
Bank Silkway |
0,10 |
AFB bank |
0,07 |
Bank Avrasiya |
0,07 |
Xalq Bank |
0,05 |
Paşa Bank |
0,04 |
Bank of Baku |
0,04 |
NBC Bank |
0,03 |
ASB bank |
0,03 |
Naxçıvan Bank |
0,03 |
YapıKrediBank |
0,03 |
Ziraat Bank |
0,02 |
Bank Melli İran |
0,02 |
Bank BTB |
0,02 |
Bank Respublika |
0,01 |
Günay Bank |
0,01 |
Express Bank |
0,01 |
AzərTürkBank |
0,01 |
Rabitəbank |
0,004 |
TuranBank |
0,003 |
Pakistan milli bankı |
0,003 |
AtaBank |
0,001 |
Muğan Bank |
-0,04 |
AG Bank |
-0,10 |
Accessbank |
-0,19 |
AmrahBank |
-0,23 |
Bank VTB |
-4,55 |
Bu siyahı onu göstərir ki, yuxarıdakı hər bir bank 1 manatlıq kapitalla vergi və faiz xərcləri nəzərə alınmadan nə qədər gəlirə nail olub.
Nikoil bankın kapitalı renkinqdə aşağı yerlərdə olsa da, bu siyahıda birinci olmasının səbəbi mənfəətinin çox olmasıdır. Eyni zamanda Kapital Bankın və Beynəlxalq Bankın balansındakı aktiv və öhdəliklərə (kapitala) görə Nikoil bankla müqayisədə daha az mənfəətə nail olub. Balans kapitalına görə heç ilk beşlikdə yer ala bilməyən Bank Silkway və Unibank , qazandıqları vergidən öncəki gəlirə görə bu siyahıda beşlikdə yer tutublar.
Bəzi banklar zərərdə olduğundan təəssüf ki, onlar 1 manatlıq kapitala görə zərərdədir.
Bu da maraqlıdır həmçinin:
2018-ci ilin ikinci rübü aktivlərin renkinqi