Banklarımızın kapital adekvatlığını araşdırdıq - RƏQƏMLƏR | Banco.az

Banklarımızın kapital adekvatlığını araşdırdıq - RƏQƏMLƏR

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın risk yarada biləcək aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, məcmu kapitalın adekvatlığı əmsalı 10%-ə, I dərəcəli kapitalın adekvatlıq əmsalı 5%-ə bərabər qəbul olunmuşdu. 

Banco.az olaraq 2017-ci ilin üçüncü rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsallarını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

I dərəcəli kapitalın adekvatlıq əmsalı:

Bank

I dərəcəli kapitalın adekvatlıq əmsalı

(faiz)

Bank Avrasiya

46.48

Azər Türk Bank

43.07

Expressbank

40

Bank VTB (Azərbaycan)

33.54

Günay Bank

33.16

NBCBank

30.84

Ziraat Bank Azərbaycan

30.13

Rabitəbank

26

AFB Bank

22.49

Paşa Bank

19.2

AtaBank

18.87

Bank Silk Way

18.54

Yapı Kredi Bank Azərbaycan

15.2

Amrahbank

15.13

Azərbaycan Sənaye Bankı

14.97

TuranBank

14

Muğanbank

12.5

Nikoil Bank

9.4

AGBank

8.8

Kapital Bank

8.5

Bank Respublika

8.23

DəmirBank

7.05

Bank of Baku

4.98

Unibank

4.39

Ən sərfəli kredit üçün müraciət et

 

Məcmu kapitalın adekvatlıq əmsalı:

Bank

Məcmu kapitalın adekvatlıq əmsalı

(faiz)

Bank Avrasiya

57.85

Bank VTB (Azərbaycan)

50.69

Azər Türk Bank

44.2

Expressbank

43

Rabitəbank

36

Günay Bank

35.3

NBCBank

33.09

Ziraat Bank Azərbaycan

32.65

AFB Bank

23.7

Amrahbank

21.97

Bank Silk Way

21.11

AtaBank

20.21

Yapı Kredi Bank Azərbaycan

18.5

TuranBank

18.4

Azərbaycan Sənaye Bankı

15.98

Nikoil Bank

15.31

Muğanbank

13.8

Kapital Bank

13.2

Bank Respublika

12.46

DəmirBank

11.5

Paşa Bank

11.4

AGBank

10.32

Bank of Baku

9.09

Unibank

5.71

Qeyd edək ki, AccessBank və Beynəlxalq Bank-ın maliyyə hesabatlarında bu göstərici əks olunmuyub.