Böyük şirkətlərin əksəriyyəti günümüzün tələblərinə uyğun olaraq kampaniya və aksiyalar təşkil edirlər. Kampaniya müəyyən bir müddət davam etsə də, demək olar ki, təsiri böyük olur. Təbii ki, bu keçirilən kampaniyanın məğzindən çox asılıdır. Adətən, bu dövrdə şirkətlər bir məhsul yaradırlar və onu bazara təqdim edirlər. Məhsula verilən şərtlər isə cəlbedici olmalıdır ki, insanların marağını çəkə bilsin. Bu cəlb ediciliyi daha da gücləndirən, kampaniya üçün seçilən şüar və fotodur. Hər bir detal diqqətlə düşünülsə, keçirilən kampaniyanın uğur göstəricisi yüksək olacaqdır.
Sevdikləri şirkətlərin kampaniya, aksiya və endirimlərini "dörd gözlə" gözləyənlər də az deyildir. Şirkətlər isə bunu yaxşı bilir. Odur ki, böyük şirkətlər bacardıqları qədər il ərzində kampaniyalar təşkil etməyə çalışırlar. Ölkəmizdə bankların demək olar ki, əksəriyyəti kampaniya və aksiyalardan geniş istifadə edirlər. Hər ay biz müxtəlif bankların keçirdiyi kampaniyaları eşidə bilərik. Bayram və tətil günlərində bunlar daha intensiv olurlar.
Biz bu gün sizə ölkəmizdə fəaliyyət göstərən bankların cari kampaniyalarını təqdim edirik:
Bank |
Kampaniya |
|
Adı |
Son tarix |
|
AccessBank |
31.07.2014 |
|
Bank of Baku |
30.06.2014 |
|
20.06.2014 |
||
Dəmir Bank |
22.08.2014 |
|
NBC Bank |
31.07.2014 |
|
Turan Bank |
Kiçik həcmli tələbat üçün şəxsi istehlak kreditləri
|
Hələ təyin olunmayıb |
31.08.2014 |
||
Unibank |
15.06.2014 |
|
Hələ təyin olunmayıb |
||
Xalq Bank |
30.06.2014 |
|
Bank Respublika |
Hələ təyin olunmayıb |
|
Kapital Bank |
21.07.2014 |
|
Yapı Kredi BanK Azərbaycan |
31.08.2014 |
|
Yay fürsətləri | ||
12.06.2014 |
||
12.06.2014 |
||
VTB Bank |
31.07.2014 |
|
Bank Technique |
31.08.2014 |
|
Rabitə Bank |
30.06.2014 |
|
Parabank |
26.06.2014 |
Hal-Hazırda aktiv olan kampaniyaların əksəriyyəti tətil və kreditlərlə bağlıdır.
- Access Bank iyul ayının 31-dək olan kampaniyası ilə, bu dəfə körpələrin gələcəyini düşünür.
- Dəmir Bank, Yapı Kredi Bank Azərbaycan, Bank Respublika, Bank Technique isə yay mövsümü ilə əlaqədar müştərilərini rahat tətilə səsləyir.
- NBC Bank, Bank of Baku, Unibank, Turan Bank kredit yönümlü kampaniyalar təşkil edir.
- Xalq Bank Pul köçürmələri ilə əlaqədar kampaniya təşkil edib. Unibank-ın təşkil etdiyi Albalı Şoppinq Festivalı hələ də davam edir.
- Bu ay üçün Unibank, Bank of Baku, Turan Bank iki kampaniya ilə çıxış edir.
- Yapı Kredi Bank Azərbaycanda hal-hazırda Worldcard kampaniyalarından əlavə bank məhsulları ilə bağlı iki aktiv kampaniya və #yayfursetleri adlı layihə mövcuddur. Layihə özündə bir neçə kampaniyanı birləşdirir. Worldcard-ın kampaniyaları ilə bağlı məlumatları isə bu keçiddən (http://www.worldcard.com.az/kampanyalarimiz/world-kampanyalari/umumi-kam...) əldə edə bilərsiniz.
Qeyd etmək istərdim ki, kampaniyalar barədə məlumatlar bankların veb-saytlarından və rəsmi facebook səhifələrindən götürülmüşdür.
Əvvəldə də qeyd etdiyimiz kimi, banklar məxüsusi günlərdə kampaniya və aksiyaların keçirilməsinə daha geniş yer verir. Belə günlər içərisində 9-10 may, 28 May Respublika günü və ya 1 İyun uşaqların beynəlxalq müdafiəsi günün qeyd etmək olar. Xüsusi ilə sonuncu tarix daha çox sosial kampaniyaların keçirilməsi ilə yadda qalıb. Məsələn, cədvəldə adları çəkilən bir çox banklar AccessBank, Unibank, Bank of Baku, DəmirBank həmçinin FİNCA Azerbaijan 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə bir sıra tədbirlər keçiriblər.
Banklarımızın sosial tədbirləri və KSM fəaliyyəti ilə bağlı başqa bir məqalədə daha geniş söhbət açacağıq.
Günel Abduraxmanova & Könül Soltanova / Banco.az