Banklarımızın ən isti yay kampaniyaları (İyul) | Banco.az

Banklarımızın ən isti yay kampaniyaları (İyul)

Daima gündəmdə qalmağa çalışan Banklar bundan ötrü müxtəlif kampaniya və aksiyalardan istifadə edir. Yayın gəlişi, istirahət və səyahət mövsümünün başlaması, həmçinin müxtəlif peşə və dövlət bayramları, dünya çempionatı yeni bank kampaniyası üçün bəhanə ola bilər.

Kampaniyalar kredit, depozit, plastik kart və köçürülmələr üzrə həyata keçirilir və onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

  1. Kreditlərdə faiz endirimləri;
  2. Komissiyasız kreditlər;
  3. Kredit müştəriləri arasında stimullaşdırıcı lotereyalar;
  4. Depozitlərdə faiz artımları və stimullaşdırıcı lotereyalar;
  5. Kartlarda əlavə taksit  və güzəşt müddəti
  6. Taksit kartların müxtəlif ticarət məntəqələri ilə birgə keçirdiyi layihələr
  7. Köçürmə və ödənişlərə görə hədiyyələr

Banklarımızın aktiv kampaniyaları ilə aşağıda tanış ola bilərsiniz. 

Təşkilatın adı

Kampaniyanın adı

Son tarix

AmrahBank

“Həm əliniz, Həm cibiniz dolu olsun”

18.07.2014

Accessbank

"Sabit artım, parlaq gələcək"

31.07.2014

Atabank

"Al, Poz, Qazan"

31.12.2014

Azər - Türk bank

 Dövlət Qulluqçularının Peşə Bayramı Günü ilə əlaqədarkampaniya

17.07.2014

Bank of Baku

“Maaşını kartla alana, 10 mislinədək kredit bizdən”

Bəlli deyil

AİLƏVİ GƏL, DAHA BÖYÜK KREDİT MƏBLƏĞİ VƏ ENDİRİM AL!

Bəlli deyil

Bank Respublika

«Yaxınlarınıza daha yaxın» loterayası

30.09.2014

Bank Standard

MasterCard–la yenİ yerlər kəşf etmək: QIYMƏTSIZ

31.08.2014

Dəmir Bank

“Səyahət krediti” adlı güzəştli kredit aksiyası

22.08.2014

“Bizdən Sizə” adlı güzəştli kredit aksiyası

01.10.2014

“Əmlak girovlu kredit” adlı kredit aksiyası

30.09.2014

“Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə”

30.09.2104

Polis günü ilə əlaqədar kampaniya

25.07.2014

Express Bank

“İsti olsa, sərfəlidir!” yay kampaniyası

01.09.2014

Kapital Bank

Nağd pul kreditləri üzrə yay kampaniyası

31.07.2014

Kapital Bankda qazandıran depozitlər

21.07.2014

NBC Bank

Peşə sahibləri üçün kredit kampaniyası

31.07.2014

Nikoil Bank

“Qızıl yay”. Öz qızıl külçəni qazan!

31.08.2014

Unibank

SƏRFƏLİ KREDİT

Bəlli deyil

Yapı Kredi Bank Azərbaycan

Hər ehtiyac anında güvənli bank yanında!

31.07.2014

İnternet Bankçılıq ilə ödəniş et, 10 MANAT-a qədər bal qazan!

07.08.2014

Əmanətimə pul gəlir, Worldcard-ıma bal gəlir!

31.07.2014

Bank VTB Azərbaycan

“Bank komissiyasına YOX deyək!”

31.07.2014

Bank Technique

“Qatar Airways” ilə uçuşlara endirim  

31.08.2014

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: bu məqalədə bankların taksit kart layihələri çərçivəsində həyata keçirdiyi kampaniyalar yer almayıb.

Könül Soltanova, Banco.az