Banklarımızın Beynəlxalq reytinqləri - 2017 | Banco.az

Banklarımızın Beynəlxalq reytinqləri - 2017

Azərbaycan bankları beynəlxalq reytinqlərdən imtina edir

Banklarımızın beynəlxalq reytinqlərini araşdırdıqda gəldiyimiz nəticəyə əsasən, getdikcə daha çox Azərbaycan Bankı, xarici reytinq agentliklərinin xidmətindən imtina edir.

Bunun bir səbəbi xərcləri azaltmaqsa, digər səbəbi də mətbuatda hər dəfə reytinqin endirilməsi ilə bağlı neqativ xəbərlərdən yayınmaqdır. Çünki, 2015-ci ildə baş vermiş ardıcıl iki devalvasiyanın ardınca bankların bir çoxu özünə gəlməyə macal tapmayıb.

Qeyd edək ki, beynəlxalq reytinqlərin olması bankların xarici investorlardan maliyyə cəlb etməsi baxımından çox önəmlidir.

Əgər hər hansı bir Avropa ölkəsində reytinqin yüksəkliyi investor üçün meyar hesab olunursa, Azərbaycanda bankın beynəlxalq reytinqinin olmasının özü belə göstərici sayılır, yəni ən azından bank hər hansı bir neytral, bitərəf qurum tərəfindən qiymətləndirilir. Amma yenə də reytinqin yüksək və ya aşağı olması əhəmiyyətlidir.

Təəssüf ki, sektordakı bankların əksəriyyətinin ümumiyyətlə reytinqi yoxdur.

Son olaraq, cari ilin avqust ayında Fitch ratings Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada emitentin defolt reytinqini (İDR) “BB+” səviyyəsində, neqativ proqnozla təsdiq edib. Ölkənin milli və xarici valyutada prioritet təminatsız istiqrazlarının reytinqi də “BB+” səviyyəsində təsdiqlənib. Qısamüddətli xarici və yerli valyutada İDR, o cümlədən qısamüdətli istiqrazların reytinqi “B” səviyyəsində müəyyən olunub.

Bir qayda olaraq, ölkənin suveren reytinqi, həmin ölkənin ərazisində yerləşən qurumlara da təsir edir və heç bir qurumun reytinqi yerləşdiyi ölkənin suveren reytinqindən yüksək olmur.

Unibank, AgBank və DəmirBankın reytinqləri artıq agentliklərin təhlilindən kənarda qalacaq.

KapitalBank isə sadəcə S&P ilə əməkdaşlığını davam etdirir.

“Moody's Investors Service” Beynəlxalq Bankın kreditorları ilə əldə olunan razılaşmanın ardından bankı reytinqini yüksəltmişdir :

  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi: “Caa2”dən “Caa1”ə yüksəldildi.
  • Kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA): “ca”dan ”caa3”ə yüksəlib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi (CRA) “Caa1”-dən B3-ə yüksəlib
  • Uzunmüddətli depozit reytinqləri pozitiv, borc reytinqləri isə stabil proqnoza malikdir
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub

Cədvəldə hər bir bankın reytinqi ilə tanış ola bilərsiniz:

Ad

Kateqoriya

LT reytinq İDR

ST reytinq İDR

Tarix

Proqnoz

AccessBank (FR)

Korporativ

BB+

B

01 Fevral 2017

Neqativ

Pasha Bank (S&P)

Korporativ

BB-

B

8 İyun 2017

Neqativ

Kapital Bank (S&P)

Korporativ

ВВ-

B

8 İyun 2017

Neqativ

Pasha Bank (FR)

Korporativ

B+

B

31 Avqust 2017

Stabil

Expressbank (FR)

Korporativ

B

B

10 Avqust 2017

Stabil

Xalq Bank (Moodys)

Korporativ

B3

 caa1

14 İyun 2017

Neqativ

VTB Bank Azerbaijan (Moodys)

Korporativ

B3

caa3

14 İyun 2017

Neqativ

Bank Respublika (Moodys)

Korporativ

B3

b3

14 İyun 2017

Neqativ

Beynəlxalq Bank (Moodys)

Korporativ

Caa1

caa3

26 Iyul 2017

Pozitiv

Bank of Baku (Moodys)

Korporativ

Caa1

caa1

14 İyun 2017

Neqativ

Muğanbank  (S&P)

Korporativ

CCC+

C

20 İyun 2017

Neqativ

Atabank (FR)

Korporativ

CCC

C

10 Avqust 2017

Neqativ

Beynəlxalq Bank (FR)

Korporativ

RD

RD

24 May 2017

 

Kapital Bank (FR)

Korporativ

BB-

B

21 Sentyabr 2015

Əməkdaşlıq dayandırılıb

Kapital Bank (Moodys)

Korporativ

Ba3

b1

21 Yanvar 2016

Əməkdaşlıq dayandırılıb

Unibank (FR)

Korporativ

CCC

C

14 Iyun 2016

Əməkdaşlıq dayandırılıb

Unibank (Moodys)

Korporativ

B3

b3

06 Fevral 2016

Əməkdaşlıq dayandırılıb

DəmirBank (FR)

Korporativ

CCC

C

Noyabr 2016

Əməkdaşlıq dayandırılıb

AG Bank (FR)

Korporativ

CCC

C

23 May 2016

Əməkdaşlıq dayandırılıb

Ən sərfəli kredit üçün müraciət et

LT  IDR=  Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)

ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)

Fitch tərəfindən təqdim olunmuş bəzi bankların reytinqi ilə daha ətraflı tanış ola bilərik: 

AccessBank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): “BB+” səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz: Neqativ
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”-də təsdiq olunub
  • Dayanaqlıq reytinqi: ‘b+‘ səviyyəsindən f-ə enib
  • Dəstəklənmə reytinqi: “3”-də təsdiq olunub

Paşa Bank

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): “B+” səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz: Neqativ
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”-də təsdiq olunub
  • Dayanaqlıq reytinqi: ‘b+‘ səviyyəsində təsdiq olunub
  • Dəstəklənmə reytinqi: “5”-də təsdiq olunub
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

Expressbank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): “B” səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”-də təsdiq olunub
  • Dayanaqlıq reytinqi: ‘b‘ səviyyəsində təsdiq olunub
  • Dəstəklənmə reytinqi: “5”-də təsdiq olunub
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub


Atabank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): “B-”dən 'CCC'yə salınıb
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”dən “C”yə enib
  • Dayanaqlıq reytinqi: ‘b-‘dən “ccc”yə enib
  • Dəstəklənmə reytinqi: “5”-də təsdiq olunub
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

Moodys agentliyi isə 4 bankın reytinqini eyni anda endirmişdir : “Xalq Bank”ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən (əsaslı kredit riski) daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib. “Bank Respublika”nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib. “Bank of Baku”nun kredit reytinqləri də endirilib.

Reytinqlərin açıqlaması ilə aşağıda tanış ola bilərsiniz

kredit reytinqi

Ən sərfəli krediti almaq üçün müraciət et