Manatın devalvasiyası banklarımızın öz valyuta risklərini düzgün idarəetməməsi faktını bir daha üzə çıxartdı. Valyuta mövqeyi ilə bağlı yaranan problemlər özünü həm də bankların reyting göstəricillərində də biruzə verdi.
Reytinqlər nəyə lazımdır?
Banklar xarici maliyyə institutlarından uzuc maliyyə vəsaiti cəlb etmək üçün həmin müəssisələri şəffaf hesabatlıq ilə təmin etməlidir. Xarici institut investisiya etmək istədiyi bankın hesabatları ilə tanış olub, onları təhlil etməli və daha sonra isə yatırım ilə bağlı qərar qəbul etməlidir. Bankların qiymətləndirilməsi baxımından vacib meyarlardan biri də həmin bankın beynəlxalq reytinq agentliyindən aldığı reytinqlərdir. Xarici praktikada hər hansı bir müəssisənin, o cümlədən maliyyə təşkilatının fəaliyyətini heç bir analiz etmədən, onun nə dərəcədə maliyyə dayanıqlı olması haqqında məlumat əldə etmək üçün həmin təşkilatın reytinq göstəricilərinə diqqət edirlər.
İndi isə Sizi banklarımızın mövcud reytinqləri ilə tanış edirik.
Ad |
Kateqoriya |
LT reytinq İDR |
ST reytinq İDR |
Tarix |
Proqnoz |
AccessBank |
Korporativ |
BBB- |
F3 |
10 dekabr 2014 |
Stabil |
Beynəlxalq Bank |
Korporativ |
BB |
B |
12 dekabr 2014 |
Stabil |
Kapital Bank |
Korporativ |
B+ |
B |
12 dekabr 2014 |
Stabil |
Bank of Baku |
Korporativ |
B1 |
b1 |
20 mart 2015 |
Stabil |
Pasha Bank |
Korporativ |
B+ |
B |
12 dekabr 2014 |
Stabil |
Pasha Bank (S&P) |
Korporativ |
BB- |
B |
20 mart 2015 |
Stabil |
Unibank |
Korporativ |
B |
B |
10 mart 2015 |
Stabil |
Expressbank |
Korporativ |
B |
B |
10 mart 2015 |
Stabil |
Xalq Bank |
Korporativ |
B2 |
b3 |
12 dekabr 2013 |
Stabil |
DəmirBank |
Korporativ |
B |
B |
10 mart 2015 |
Stabil |
AG Bank |
Korporativ |
RWN |
RWN |
10 mart 2015 |
Neqativ |
Atabank |
Korporativ |
B- |
B |
10 mart 2015 |
Stabil |
Muğanbank (S&P) |
Korporativ |
CCC+ |
C |
19 mart 2015 |
Stabil |
Bank Technique |
Korporatv |
B- |
B- |
10 mart 2015 |
Neqativ |
LT IDR= Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)
ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)
RWN – Reytinq neqativ görünür
Hər bir bankın reytinq göstəriciləri ilə daha ətraflı tanış ola bilərsiniz:
Beynəlxalq Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'BB' səviyyəsində təsdiq edilib.
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '3' səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'BB' səviyyəsində təsdiq edilib
AccessBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'BB +' səviyyəsindən 'BBB-' –yə yüksəldilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsindən 'F3'-ə yüksəldilib.
- Dayanaqlıq reytinqi: 'bb-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '3' səviyyəsindən '2'-yə yüksəldilib
Kapital Bank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən 'b'-yə yüksəldilib
- Dəstəklənmə reytinqi: '4' səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'B+' səviyyəsində təsdiq edilib
Paşa Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib;
- Reytinq üzrə proqnoz Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b+' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Expressbank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Bank Technique
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsindən RWN-ə endirilib
- Reytinq üzrə proqnoz: Neqativ
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B səviyyəsindən RWN-ə endirilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən RWN-ə dəyişdirilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Unibank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Pozitivdən Stabilə endirilib.
- Qısa-müddətli reytinq, xarici valyutada(ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
DəmirBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib,
- Reytinq üzrə proqnoz: Pozitivdən Stabilə endirilib
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Atabank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
AGBank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsindən RWN-nə endirilib
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsindən RWN-nə endirilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən RWN-nə keçirilib
- Dəstəklənmə reytinqi: '5'səviyyəsində təsdiq edilib
Xalq Bank (Moody's İnvestors Service)
- Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi B2-də təsdiq edilib
- Maliyyə dayanıqlığı reytinqi ((BFSR) - E+ səviyyəsində təsdiq edilib
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) – b3
- Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime
Bank of Baku (Moody's İnvestors Service)
- Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi B1-də təsdiq edilib
- Maliyyə dayanıqlığı reytinqi (BFSR) - E+ səviyyəsində təsdiq edilib
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b1-də təsdiq edilib
- Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime
Diqqətinizi banklarımızın kredit reytinqlərinin xarici banklar ilə müqayisədə elə də yüksək olmaması faktı çəkə bilər. Unutmayaq ki, istənilən bir ölkənin ərazisində yerləşən təşkilatın reytinqi, həmin ölkənin özünün suveren reytinqindən yüksək ola bilməz. Ona görə də istər bankların və istər də digər təşkilatların reytinqinin yüksəlməsi üçün Azərbaycanın özünün suveren reytinqi də yüksəlməlidir.
Vacib faktorlardan biri də odur ki, heç də yerli bankların hamısının reytinq göstəricləri yoxdur. Qeyd edək ki, aşağı olsa belə reytinq göstəricisinin olması bank üçün müsbət haldır.
Dünyada “Böyük üçlük” adı ilə tanınan üç əsas beynəlxalq reytinq agentliyi vardır ki, onların adları Fitch, Moody’s və Standard and Poor’s agentlikləridir. Bu təşkilatların reytinq qiymətləndirmələri ilə isə aşağıda tanış ola bilərsiniz.