Banklarımızdan Oktyabr ayına özəl 7 Kampaniya | Banco.az

Banklarımızdan Oktyabr ayına özəl 7 Kampaniya

Banco.az Oktyabr ayının ən aktual və maraqlı kampaniyalarını diqqətinizə təqdim edir. 

Worldcard-la Nyu York-a pulsuz səyahət

Nyu Yorka pulsuz səyahət etmək istəyənlər üçün Worldcard-dan misilsiz fürsət. 

Yapı Kredi Bank Azərbaycan, bu dəfə də Worldcard müştəriləri üçün iddialı və bir o qədər də maraqlı kampaniya təklif edir. Bank müştərisinə 2 nəfərlik hər şey daxil (Bilet, otel, sığorta, viza) ABŞ-ın Nyu York şəhərinə səfər hədiyyə etməkdədir.

Bundan əlavə, 1 nəfərə iPhone 6 və 3 nəfərə 100 manatlıq kart hədiyyə təklif edən kampaniyanın şərtləri də çox sadədir. Belə ki, Worldcard-la cəmi 10 manat və üzəri alış-veriş edən hər kəs kampaniyadan faydalanmaq şansı qazanır. Həmdə, istənilən POS terminalla. Hətta, internet alış-verişləri də bu kampaniyaya daxil edilir . Ətraflı

Expressbank müştəriləri iPad və iWatch qazanacaq

Expressbank kartlar üzrə MasterCard ilə birgə “Kartla al” aksiyası keçirir. Aksiya 20 oktyabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə Charger (enerji doldurma cihazı) qazana biləcəklər. Ətraflı

NIKOIL | Bankdan istehlak kreditləri üzrə payız endirimləri!

“Gəldi payız, Düşdü Faiz!!!” Aksiyası.

NIKOIL | Bank öz unikal təklifləriylə müştəriləri təəccübləndirməyə davam edir. Bu dəfə Bank “Gəldi payız, Düşdü Faiz!!!” adlı,  öz sadəliyi və faydası ilə sevindirə biləcək, növbəti kredit aksiyasına start verir. Cari ilin 1 - 30 oktyabr tarixləri arası, hər bir müştəri illik faiz dərəcəsinə 4% güzəştlə istehlak kreditini əldə edə bilər. Kredit məhsullarının xətti aşağıdakı kredit növlərindən ibarətdir: zaminliklə kreditlər, dövlət qulluqçuları üçün istehlak kreditləri, təqaüdçülər üçün kreditlər,  həmçinin daşınmaz əmlak girovlu kreditlər. Ətraflı

Kapital Bankdan müəllimlərə şad xəbər!

“Kapital Bank” ASC 5 oktyabr beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına start verib.

Ən sərfəli kredit üçün müraciət et

2015-ci ilin sentyabrın 28-dən oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15000 AZN-dək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər. Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir. Ətraflı

 

Müəllimlərə Bank of Baku-dan MANATLA Nağd Pul Krediti, Bolkart-dan isə yaşları qədər BAL hədiyyə

5 oktyabr Müəllimlər Günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın bütün təhsil işçilərini təbrik edir, onlara peşə uğurları arzu edir və bu peşə bayramı münasibətilə təhsil sahəsinin bütün işçiləri üçün “Müəllimlərimizə ÖZƏL” adlı sərfəli kampaniyaya start verir. 

Kampaniya çərçivəsində təhsil müəssisələrində çalışan müştərilər, həmçinin digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən şəxslər, 0% komissiya, illik 26%-lə MANATLA NAĞD PUL KREDİTİNİ əldə edə bilərlər. Pul kreditilə yanaşı yeni Bolkart alan və ya mövcud kartını dəyişən müştərilərə yaşları qədər Bolkart Balları HƏDİYYƏ ediləcək. Məsələn: müraciət edən təhsil işçisinin 55 yaşı varsa, onun Yeni bolkartına hədiyyə olaraq 55 bal yüklənəcək. Bu Ballardan istifadə edərək, bolkartın partnyor mağazalarında 55 AZN dəyərində alış-veriş etmək mümkün olacaq.  Kampaniya 15 oktyabr 2015-ci il tarixinə qədər qüvvədədir. Ətraflı


Müəllimlər üçün 0% komissiyalı kredit

Beynəlxalq Müəllimlər günü  münasibəti ilə xüsusi kampaniya keçirilir. Oktyabrın 1-dən 14-dək Unibank filiallarına müraciət edən təhsil işçiləri 10.000 manatadək  və  3 ilədək müddətə  0% komissiyalı kredit əldə edə bilərlər. Kampaniya çərçivəsində götürülən hər 500 AZN kredit üçün aylıq ödənişlər 20 manatdan başlayır. Üstəlik kampaniya dövründə müəllimlərə ALBALI PLUS kartları pulsuz veriləcək. Ətraflı

UNİBANK poçt işçilərinə nə hədiyyə etdi?

9 oktyabr Poçt işçilərinin peşə bayramı münasibəti ilə Unibank kampaniya keçirir. Oktyabrın 7-dən 14-dək davam edən kampaniya çərçivəsində poçt sahəsi işçiləri üçün ALBALI PLUS  kartları pulsuz olacaq. Kampaniya müddətində poçt əməkdaşları bank filiallarına pulsuz ALBALI PLUS kartı və nağd kredit üçün müraciət edə  bilər. Hazırda bankda 10.000 AZN-dək nağd  kredit cəmi 1%-lik  komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir. Ətraflı

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et