Banklarımız və Dünya Çempionatı 2014 | Banco.az

Banklarımız və Dünya Çempionatı 2014

Banklarımız və Dünya Çempionatı 2014

Neçə gündür ki, ətrafdakı insanların əksəriyyəti gecə oyaq qalmaq səbəbindən işə gecikir, gecə yarısında evdə qışqırıq səsləri eşidilir, insanlar yuxusuzluq, adrenalin yüksəlişi, sevinc və məyusluq hissləri keçirir, bəziləri pul uduzur, bəziləri isə pul qazanırlar. Bütün bunlar dünya çempionatının gətirdiyi həyəcan ilə bağlıdır.

DÇ hamının həyatına müəyyən qədər təsir edir, istər siz futbol azarkeşi olun, istər də yox. Çempionatın dünya iqtisadiyyatına, marketinqə, reklama, trendlərə, dəbə və gündəmə təsiri danılmazdır.

Hətta Dünya Çempionatı bizim bankların fəaliyyətinə belə təsir göstərə bilir.

Daima özünü müştərilərin yaddaşında aktiv etmək istəyən banklar DÇ-nin aktuallığından istifadə edir.

Necə?

1. AmrahBank

DÇ-nın Azərbaycanda yayımının baş sponsorudur. Bunun sayəsində milyonlarla azarkeş futbol həyəcanı yaşamaq imkanı qazanır.

2. AccessBank

AccessBank, Bakcell və Sirena Motors ilə birlikdə Day.az saytında Dünya Çempionatına həsr olunmuş xüsusi layihəyə sponsorluq edir. http://football.day.az/ Layihə sizə çempionatda baş verənlərdən tez bir zamanda xəbər tutmaq imkanı verir.

3. NBC Bank

NBC Bank və Banco.az portalı birlikdə DÇ həsr olunmuş xüsusi Facebook viktorinası həyata keçirir. Qaliblər hər gün müəyyən edilmiş oyunla bağlı düzgün proqnoza görə hədiyyə (danışıq vaxtı) qazanır. Finala çıxacaq komandaların adını düzgün proqnoz edəcək müsabiqə iştirakçısı isə NBC Bankdan pul mükafatı qazanacaq.

Ən sərfəli kredit üçün müraciət et

4. ZaminBank

ZaminBank da DÇ-nin məşhurluğundan öz facebook səhifəsində bəhrələnir. Hər gün keçirilən oyunlarla bağlı facebook istifadəçiləri proqnoz verməklə Bankdan ödəniş kartı və əlavə pul mükafatı qazana bilərlər.

5. Unibank

Unibank  da öz facebook istifadəçiləri arasında çempionatla bağlı müsabiqəyə başlayıb. Qaliblər öz sevimli komandalarının orijinal formasını qazana bilər. Bu formanın üzərində qaliblərin adları əks olunacaq. Lakin müsabiqə ilə bağlı hələ ki, cəmi bir sual təqdim olunub.

6. Atabank

 AtaBankın müştərisi isə Braziliyaya səyahət edəcək. Belə ki, “AtaBank” ASC və “VISA İnternational” tərəfindən təşkil olunan “Braziliyadakı futbol həyəcanını canlı izlə!” lotereyasının qalibi  olan Bəxtiyar Bədəlov “VISA International” şirkəti tərəfindən Nigeriya-Argentina oyununa biletlər daxil olmaqla Braziliyaya 2 nəfərlik turistik paket və “AtaBank” ASC tərəfindən qiymətli hədiyyələr qazanıb.

Həmçinin 12 iyun - 13 iyul tarixləri arasında "AtaBank" plastik kartları ilə ən çox nağdsız əməliyyat aparan 11 müştəri qiymətli hədiyyələr ilə mükafatlandırılacaq.

Ümid edirik ki, Dünya Çempionatı hələ çox maraqlı, baxımlı, həyəcanlı oyunlarla, vurulan möhtəşəm qollarla, unudulmaz anlar və qazandırdığı hədiyyələr ilə daha çox futbol azarkeşlərini və eləcə də bank müştərilərini sevindirəcək. 

Könül Soltanova, Banco.az