Banklarımız və aid olduqları kart prosessinq mərkəzləri | Banco.az

Banklarımız və aid olduqları kart prosessinq mərkəzləri

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq prosessinq təşkilatı kimi dövlət qeydiyyatından keçmiş və ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxsdir.

Prosessinq təşkilatlarına prosessinq fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin verilməsi, bu fəaliyyətə nəzarət qaydaları, həmçinin prosessinq sisteminin etibarlılığına və təhlükəsizliyinə aid minimum tələblər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilir. Prosessinq fəaliyyətinin həyata keçirilməsi üçün icazə müddətsiz olaraq verilir.

Ölkəmizdə fəaliyyət göstərən prosessinq təşkilatları və onlarla əməkdaşlıq quran bankları sizlərə təqdim edəcəyik.

"AzeriCard"

"Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus olan “AzeriCard”ın 1996-cı ildə ölkədə ilk prosessinq təşkilatı kimi əsası qoyulmuşdur. 1997-ci ildə Qafqaz regionu və Orta Asiyada debet/kredit kartlarının xidmət olunması üçün “AzeriCard” prosessinq təşkilatının qurulması başlanmışdır.

 

"AzeriCard" prosessinq  təşkilatı

AFB Bank

AG Bank

Amrahbank

Atabank

Azər Türk Bank

Azərbaycan Beynəlxalq Bankı

Bank Avrasiya

Bank BTB

Bank Respublika

Premium Bank

Muğanbank

NBC Bank

Nikoil Bank

Paşabank

Rabitəbank

Turanbank

VTB Bank

Xalq Bank

Ziraatbank

Ən sərfəli kredit üçün müraciət et

MilliKart

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” prosessinq təşkilatı 03 yanvar 2005-ci il tarixində yaradılaraq istismara verilmişdir. 14 iyul 2006-cı il tarixində 18 bankın təşəbbüsü ilə “MilliKart” MMC təsis edilmişdir. 

"MilliKart" prosessinq təşkilatı

Accessbank

AG Bank

ASB Bank

Bank of Baku

Expressbank

Paşa Bank

Naxçıvan Bank

Yapı Kredi Bank

Unibank

Bəzi banklar isə heç bir prosessinq təşkilatına aid deyil. Bu bankların özlərinin daxili prosessinq mərkəzləri var. Həmin banklar aşağıdakılardır:

Daxili Prossesinq Mərkəzi olan Banklar

Kapital Bank

Ən sərfəli krediti almaq üçün müraciət et