Banklarımız ağır sınaqdan üzü ağ çıxa bildimi? | Banco.az

Banklarımız ağır sınaqdan üzü ağ çıxa bildimi?

Əslində devalvasiya bizneslərlə bərabər bankların da risklərini nə dərəcədə sığortaladığını aşkara çıxaran bir sınaq oldu.

Bankların  kreditlərin təhlilinə və risklərin idarə edilməsinə hansı peşəkarlıqla  yanaşdığı və fəaliyyətini necə diversifikasiya etdikləri məlum oldu - Bu haqda fikirlərini bizimlə bank sahəsi üzrə mütəxəssis Daşqın Həmidzadə bölüşüb:

Banklar biznes kreditlərini verərkən hər bir təhlilə öz prizması ilə yanaşır. Devalvasiya da kreditlərə məhz bu yanaşmadan asılı olaraq təsir edir. Təbii ki, kredit təhlilinə daha konservativ yanaşan banklar devalvasiyadan daha az kredit riski ilə çıxırlar.

Banklar xarici valyutada yaranmış  öhdəliyi qədər, bir o qədər xarici valyutada aktivlərdə vəsait saxlamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Lakin valyuta riskinin azaldılmasına yönəldilmiş bu fəaliyyət həm də öz növbəsində kredit risklərini artırır. Xarici valyutada kreditləşmənin artıq olması devalvasiya və ya iqtisadiyyatın digər böhranlı vəziyyətlərində xarici valyuta ilə kredit götürən şəxsin krediti geri qaytarmaması ehtimalını artırır. Buna görə də bankların maliyyə imkanlarından asılı olaraq xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiq edilməsi üzrə tədbirlərin həyata keçirilməsi daha məqsədə uyğundur. Bu yolla banklar və vətəndaşlar arasında kompromisin əldə olunacağına ümid edirəm.

Cari ilin ilk rübü üçün, bankların maliyyə hesabatlarına nəzər saldıqda bəzi bankların itkilərlə üzləşdiyini gördük. Vergidən öncəki xalisi zərəri milyon manatı ötən bankların sayı da az olmadı. Bu o deməkdir ki, bankların heç də hamısı real təhlükədən sığortalana bilməyib.

Lakin, ilə mənfəətlə başlayan banklarımız da kifayət qədər oldu. Yəni devalvasiyadan sonra ölkənin bank sisteminin ümumi vəziyyətini qənaətbəxş hesab etmək olar.