Banklardankənar nağd pul kütləsi 10 aylıq minimuma enib | Banco.az

Banklardankənar nağd pul kütləsi 10 aylıq minimuma enib

Azərbaycanda banklardankənar nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 484,9 mln. manat və yaxud 6,6% azalaraq bu il mayın 1-nə 6 919,3 mln. manat təşkil edib. 

Məlumata görə, banklardankənar nağd pul kütləsinin həcmində son 10 ayın minimumu qeydə alınıb. Yekun göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 570,7 mln. manat və yaxud 9% çoxdur.  

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin tarixi maksimal səviyyəsi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

Report.az