Banklardan xanımlara bayram kampaniyaları | Banco.az

Banklardan xanımlara bayram kampaniyaları

8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu bayramda hər kəs xanımları təbrik edir, doğmaları, əzizləri və sevdiklərini hədiyyələr ilə sevindirirlər.

Banklar da öz növbəsində xanımları təbrik edir və bayram kampaniyaları ilə onları sevindirirlər.

Bu kampaniyalarla bərabər tanış olaq:

 

Bank of Baku-dan xanımlara 8 martda 8 HƏDİYYƏ!

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində, Bank of Baku, xanımlara özəl 8 gün davam edəcək 8 kampaniyaya start verir.

Hər bir xanım müştərinin sevincinə səbəb olacaq bu kampaniyalardan Bankın həm cari, həm də yeni müştəriləri faydalana bilər.

8 gün davam edəcək 8 kampaniyaya aşağıdakılar daxildir:

  1. Gənc xanımlara Bolkart Gənc debet HƏDİYYƏ – yaşı 27-dək olan, Bolkart Gənc debet əldə etmək istəyən xanımlar kartı emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq əldə edə bilərlər;
  2. Bolkart Ailə debet PULSUZ – yaşı 27-dən yuxarı olan xanımlar Bolkart Ailə debet kartını emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq rəsmiləşdirəcəklər. Bolkart Ailə debet kartına sahib olan bəylər isə öz kartlarına bağlı ikinci kart əldə edərək xanımlarına hədiyyə edə bilərlər.
  3. İŞKART debet PULSUZ – xanım sahibkarlar və ya VÖEN hesabına malik vergi ödəyicisi olan hər bir xanıma kart 1 və ya 2 illik HƏDİYYƏ edilir;
  4. Nağd pul kreditlərinə 0% komissiya – 5000 AZN-dək nağd pul krediti üçün müraciət edən xanım müştərilərə komissiya faizi HƏDİYYƏ!
  5. Xanım sahibkarlar üçün əmək haqqı layihəsi üzrə ayrılan plastik kartlar PULSUZ!
  6. Bolkart Gənc və Bolkart Ailə kredit kartlarının 1-ci il xidmət haqqısı PULSUZ!
  7. Bolkart kredit kartları ilə 3 və ya 6 aya ödə partnyorlarında 8 aya ödəmək imkanı – 8 taksit kampaniyası yalnız geyim, parfümeriya, aksessuar, telefon və məişət avadanlıqları satılan mağalarda keçərlidir.
  8. Lider və Monex təcili pul köçürmələri üzrə 50% ENDİRİM!

 

Kapital Bank-dan xanımlara “İkiqat Xoşbəxtlik”

Kapital Bank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “İkiqat Xoşbəxtlik” kampaniyasıkeçirir. 6 və 7 mart tarixlərində Kapital Bank-dan nağd pul krediti əldə etmək istəyən xanım müştərilərə illik faiz dərəcəsində 2% endirim təqdim ediləcək. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək.

 

Expressbankdan 8 Mart münasibəti ilə xanımlara hədiyyə!

Expressbank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımlar üçün xüsusi aksiya elan edir. Belə ki, 1 – 7 mart tarixlərində Expresso kart sifariş etmiş bütün xanımlar bu kartları pulsuz əldə edəcəklər.

Expressbank müştəriləri artıq Expresso kartın üstünlüklərini yaxşı bilirlər. Belə ki, Expresso özündə debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi  və digər imkanları birləşdirən unikal bank kartdır. Expresso kart istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Bu kartlar həmçinin ExpressClub layihəsində iştirak etdiyindən, Expresso kartı ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cash back” qazanırlar. Expresso kart təmassız ödəniş texnologiyasını dəstəklədiyindən kart ilə 20 AZN-dək xırda ödənişləri kartı POS-terminala yaxınlaşdıraraq PİN-kod yığmadan aparmaq mümkündür. Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd Expresso kartını pulsuz sifariş edə bilər.

Bütün bunlardan əlavə, kartın hesabını istənilən ExpressPay ödəniş terminalı ilə artırmaq imkanı, pulsuz SMS banking, hesabdakı pulun qalığına illik 3% gəlir və s. əlavə imkanlar bu kartı müştərilər üçün əvəzedilməz edir.

 

“Azər Türk Bank” bayram endirimlərinə başlayıb

Ən sərfəli kredit üçün müraciət et

“Azər Türk Bank” ASC 8 Mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətilə müştəriləri üçün yeni “Bayram endirimləri” kampaniyasına başlayıb.

Məlumata görə, mart ayı boyunca, etibarlılıq müddətindən asılı olmayaraq, “MasterCard Gold”, “MasterCard Platinum”, “MasterCard Business”, “Visa Gold” və yaxud “Visa Platinum” debit kartları sifariş edən hər kəs 50%-lik endirim əldə edəcək.

Arzu edənlər bu kartları şəxsiyyəti təsdiq edən sənədlə bankın filial və şöbələrində, eləcə də www.azerturkbank.az saytından onlayn sifariş edə bilərlər.

 

Caspian Development Bankdan KartMart kampaniyası!

Caspian Development Bank adlı birinin şəkli.


8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə bankımız bayram kampaniyasına start verib. Belə ki, yalnız Mart ayı boyunca hər kəs KartMarta sahib olmaq üçün müraciət edə bilər. 
Kartın üstünlükləri: 
- Kartda komissiya 0%-dir.
- Kart müştəriyə ödənişsiz təqdim olunur.
- Kartda istifadə olunmuş məbləğə 30 gün faiz hesablanmır.
- Kartda kredit xətti 2000 manata qədərdir.
- Kartdakı vəsait nağdlaşdırıla bilər.
- Kartla bağlı bir çox restoranlarda, otellərdə, dükanlarda endirim kampaniyaları həyata keçirilir.
- Kartı əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.

 

DəmirBank-dan xanımlara 8 Mart hədiyyəsi

DemirBank adlı birinin şəkli.

 

DəmirBank xanımları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bununla bağlı olaraq xüsusi aksiyaya start verir.

Aksiya çərçivəsində DəmirBank xanımlara nağdsız ödənişlər üçün əvəzolunmaz vasitə olan plastik kartlar hədiyyə edir. Belə ki, Bankın istənilən filialına müraciət edən xanım müştərilər 1 ədəd 1 illik müddətə MasterCard Standart debet kartını əldə edə bilərlər. Kampaniyanın müddəti 6-7 mart tarixlərini əhatə edir.

 

Yapı Kredi Bank Azərbaycan-dan "Qadınlar kişilərdən çox qazanacaq!" kampaniyası

Yapı Kredi Bank Azərbaycan adlı birinin şəkli.

 

AGBank-dan 8 mart kampaniyası

AGBank adlı birinin şəkli.

Xanımları 8 mart Beynəlxalq Qadınlar Günündə sevindirməyə tələsin!
AGClub endirim kartı ilə PeonyBakuLilac,Bouquet.azMerci BakuAğ ÇiçəyimBouton Flower Boutique dükanlarında endirim əldə edə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et