Banklardan Sentyabr ayına özəl 5 kampaniya | Banco.az

Banklardan Sentyabr ayına özəl 5 kampaniya

Banklarımız müştərilərin Sentyabr ayında pula və rahatlığa artan tələbini nəzərə alaraq, onlar üçün məhz Senytabr ayına özəl kampaniyalar təklif edirlər.

Sentyabrda yeni işlərinizin qaydasında getməsini istəyirsinizsə bu təkliflərdən faydalanın.

Bank of Baku

Bizi sevənlər qazanır!

Bank of Baku, yalnız sadiq müştəriləri üçün yeni kredit kampaniyasına başlayıb.

12 aydan çox bankda müsbət kredit tarixçəsi olan və digər banklarda hazırda aktiv nağd krediti olmayan müştəriləri 10 000 MANATA-dək pul kreditini 24 ayadək, 0% komissiya və faiz dərəcəsində 2% ENDİRİMLƏ əldə edə bilərlər.

Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

Kampaniyanın müddəti: 21 avqust-15 sentyabr .  Ətraflı

ExpressBank

Kartla al, hədiyyə qazan!

Expressbank bank kartları üzrə MasterCard ilə birgə keçirdiyi “Kartla al” aksiyasını təqdim edir. 

Aksiyanın şərtlərinə görə, ay ərzində 100000 AZN həcmində nağdsız ödəniş edənlər planşet (iPad), 100 nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə Charger (enerji doldurma cihazı) qazana biləcəklər. 
Aksiya 20 oktyabr 2015-ci il tarixinədək davam edəcək. Ətraflı

Ən sərfəli kredit üçün müraciət et

Unibank

YENİ TƏDRİS İLİNƏ HAZIRSINIZ?

Əgər hələ alış- verişinizi etməmisinizsə, o zaman bu kampaniya sizin üçündür.

İndi hər 500 AZN götürülən kreditə ayda cəmi 20 AZN –dən başlayaraq ödəyin. Ən yaxın Unibank filialına yaxınlaşın və bu fürsətdən faydalanın. Kampaniya sentyabrın 15-dək davam edəcək. Ətraflı

AccessBank

myAccess Həyatı asanlaşdırır

myAccess – öz vəsaitlərinizi idarə etmək üçün hər zaman, 24/7, 365 gün sizə rahatlıq bəxş edən İnternet Bankinq sistemidir. Bu xidmət vasitəsilə Siz öz bank hesablarınızı, kartlarınızı, əmanətlərinizi, kreditlərinizi idarə edə, pul köçürmələri və digər əməliyyatlar da edə bilərsiniz. AccessBankın bütün yeni və cari müştəriləri bu xidmətdən istifadə edə bilər. Ətraflı


Yapı Kredi Bank Azərbaycan

İndi al, İki ay sonra ödə!

Yapı Kredi Bank Azərbaycan Worldcard müştəriləri üçün Sentyabr ayında əla fürsətli bir kampaniyaya start verir. Belə ki, 1-20 Sentyabr tarixlərində edilən alış-verişlərin ödəməsini 2 ay sonra, noyabrda ödəmək mümkün olacaqdır. Kampaniya 20 Sentyabr 2015 tarixinə qədər qüvvədədir. Ətraflı

Ən sərfəli krediti almaq üçün müraciət et