Banklardakı əmanətlərin məbləği artıb | Banco.az

Banklardakı əmanətlərin məbləği artıb

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 14.8 faiz artaraq sentyabr ayının 1-nə 7 milyard manata çatıb

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, milli valyuta ilə vəsait qoyuluşu 4.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.6 milyard manat olub.

Statistikaya əsasən kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği sentyabr ayının 1-i vəziyyətinə 17.3 milyard manata çatıb və ötən ilin müvafiq dövrünə nisbətən 19.7 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərin 13.7 milyard manatı uzun müddətə, 3.6 milyard manatı isə qısa müddətə verilib, 5.4 faizinin, yaxud 938.8 milyon manatının ödəmə vaxtı keçib.

Pia.az