Likvidlik öz dəyərini itirmədən tez bir zamanda pul vəsaitinə çevrilmədir ki, likvid aktivlər də bazarda asanlıqla pula satılıb alına bilən və dəyər itkisi yaratmayan aktivlərdir. O cümlədən, likvidliyin dərəcəsini cəld və tez bir zamanda az itki ilə pula çevrilmə müəyyən edir. Likvidliyinə görə də aktivlər likvid və ya aşağı likvidli olmaqla müxtəlif cür ola bilər. Bildiyimiz kimi, ən likvid aktivlər pul vəsaitləri və onların ekvivalentləridir.
Likvid aktivlərə müxtəlif müəssisələrdə ona görə ehtiyac böyükdür ki, bu vəsaitlərin mövcudluğu müəssisəyə daha asan şəkildə pul ödəmələrini həyata keçirməyə imkan verir.
Banklar da öz növbəsində “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı” dərc edərək pul və pul ekvivalentlərinin həcmini göstərirlər. Çünki banklar müəyyən qədər mənfəət əldə edə bilərlər amma nağd pul vəsaitlərinin və ya likvid aktivlərinin mövcud olmaması onlara müxtəlif ödəmələri həyata keçirməyə imkan verməz. Lakin təəsüf ki, bir çox banklar bu hesabatı paylaşmırlar.
Banco.az olaraq “Pul vəsaitlərinin hərəkəti hesabatını” dərc edən bankların mövcud pul vəsaitləri və onların ekvivalentlərini araşdırdıq və cədvəldə əks etdirdik:
Banklar |
Pul vəsaitləri və onların ekvivalentləri (manat) |
Tarix |
BANK OF BAKU |
89 726 000 |
31.03.2016 |
ASB BANK |
8 305 410 |
31.03.2016 |
AFB BANK |
182 366 311 |
31.03.2016 |
TURAN BANK |
189 897 400 |
31.12.2015 |
EXPESS BANK |
18 670 000 |
31.12.2015 |