Banklarda nə qədər adamın pulu qorunur? | Banco.az

Banklarda nə qədər adamın pulu qorunur?

Cari ilin doqquz ayında əmanətlər üzrə orta faiz dərəcəsi 8 faiz təşkil edib. Banklarda yerləşdirilən cəmi əmanətlərin həcmi isə 6992797,9 min manat olub

Mərkəzi Bankdan verilən məlumata əsasən əmanətlərin 4447021,3 min manatı milli valyutada yerləşdirilib. Manatla əmanətlər üzrə faiz dərəcəsi xarici valyuta ilə yerləşdirilən əmanətlərin faiz dərəcəsindən aşağı olub. Belə ki, faizlər müvafiq olaraq 7,5-8,8 faiz arasında dəyişib.

Ən çox əmanət qoyluşu Bakı şəhərində olub. Ev təsərrüfatları tərəfindən banklara qoyulan əmanətlərin həcmi artıb. Ümumiyyətlə əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 14.8 faiz çoxalıb.

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd edək ki, fiziki şəxslərin cəmi əmanətlərinin 45,2%-ni  qorunmayan əmanətlər, 54,8%-ni isə qorunan əmanətlər təşkil edib. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.

Publika.Az