Banklarda imtahan verərkən ən çox soruşulan 10 maliyyə sualı! | Banco.az

Banklarda imtahan verərkən ən çox soruşulan 10 maliyyə sualı!

Bu günlərdə hər kəsin dərdi imtahanlardan kəsilməkdir. Bu hal ən çox banklarda hətta korporativ şirkətlərdə belə rast gəlinir. Təsadüfi deyil ki, maliyyə sahəsində ilkin bilikləri zəif olanlar bu imtahanlardan keçə bilmir. Elə insanlar  da var ki, sualları görəndə həyəcanlanır deyə imtahandan kəsilir. Artıq banco.az olaraq bu prosesə son qoymaq istədik. Ona görə də məqaləmizi sırf bu problemin həllinə yönəltdik. 

Bu gün korporativ şirkətlərdə ən çox imtahana düşən 10 maliyyə sualından yazmışıq. Bu suallar mühasibatlıq, maliyyə, vergi kimi sahələrdən bəhs edir. Bu məqaləmizi oxuyub imtahan mərhələsinə getsəz, əmin olun ki, daha hazır olacaqsınız. 

Qeyd edim ki, başqa bir məqalədə də bu sualları izah edəcəyik. Həmin məqaləni video şəklində olacaq və izləyərək başa düşmədiyiniz sualların izahlarını öyrənə bilərsiniz. Sözü gedən məqalə tezliklə bu məqalənin sonunda link olaraq yerləşdiriləcəkdir.

1) Divident aşağıdakı maliyyə vəsaitlərindən hansının gəliri hesab olunur?

A) İstiqraz

B) Səhm

C) Repo

D) Kredit 

E) Əmanət

2) Aşağıdakılardan hansı qeyri - maddi aktivlərə aiddir?

A) Binalar

B) İstehsal avadanlıqları

C) Nəqliyyat vasitələri

D) Nəqliyyat vasitələri

E) Texniki bacarıq

3) Şirkətin sabit xərcləri 300 000 manat, dəyişkən xərcləri 950 000 manatdır.  Şirkətin tək gəliri satışlardandır, əldə etdiyi ümumi gəlir isə 1 500 000 manatdır.  Şirkətin başa-baş nöqtəsini tapın

A) 1,83

B) 2,75

C) 1,66

D) 2, 27

E) Heç biri

4) Dövlət büdcəsinin, ailə və firma büdcəsindən əsas fərqi nədir?

A) Əvvəlcə xərc müəyyənləşir.

B) Əvvəlcə gəlir müəyyənləşir.

C) Nə xərc, nə gəlir müəyyənləşir

D) Ailə də bir dövlətdir.

E) Cavablardan heç biri düzgün deyil.

5) İşçilərin DSMF öhdəliyi nə qədərdir?

A) İşçi gəlirlərinin 22%-i 

Ən sərfəli kredit üçün müraciət et

B) İşçi gəlirlərinin 23%-i

C) İşçi gəlirlərinin 24%-i

D) İşçi gəlirlərinin 25%-i

E) İşçi gəlirlərinin 26%-i

6) Dövlət büdcsəinə ən çox gəlir hansı vergi növündən gəlir?

A) Sadələşdirilmiş vergi

B) Gəlir vergisi

C) Əlavə dəyər vergisi

D) Aksiz vergisi

E) Satış vergisi

7) İstehsala yönləndirilən anbar ehtiyatlarının ən son alış zamanı alındığını nəzərdə tutan ehtiyat qiymətləndirmə üsulu aşağıdakılardan hansıdır?

A) LİFO

B) FİFO

C) Standart mahiyyət üsulu

D) Azalan dəyər metodu

E) İlkin dəyər metodu

8) Şirkətin illik aktivləri 6 mln, kapitalı 3 mln, mənfəəti isə 1,7 mln manatdır. Hansı cavabda şirkətin ROA və ROE əmsalları düzgün yazılıb?

A) 0,28 və 0,50

B) 0,22 və 0,55

C) 0,28 və 0,57

D) 0,26 və 0,52

E) 0,23 və 0,59

9) Gəlir təxminləri reallaşmadığında, xərclərin də o nisbətdə azaldılmasına nə deyilir:

A) Transfert

B) Sekvestr

C) Amortizasiya

D) Subsidya

E) Dotasiya

10) Şirkətin cari aktivləri 9 mln manat, xarici qaynaqları 5 mln manat, uzun müddətli xarici qaynaqları 1 mln 700 min manatdır. Şirkətin xalis dövriyyə aktivlərini tapın. 

A)  5 mln 700 min manat

B) 4 mln 600 min manat

C) 8 mln 300 min manat

D) 5 mln manat

E) 6 mln 700 min manat

Ən sərfəli krediti almaq üçün müraciət et