Banklarda Dolların ucuzlaşdığı müşahidə olunur | Banco.az

Banklarda Dolların ucuzlaşdığı müşahidə olunur

Mərkəzi Bankda valyuta hərracının keçirilməsinə bir az vaxt qalmış, kommersiya banklarında Dolların alış və satış qiymətlərinin dünən ilə müqayisədə aşağı düşdüyü müşahidə olunur.

Məsələn, 30 Yanvarda 1 Dolları 1.9650 manata satan Kapital Bank bu gün səhər saatlarında 1.95 manata satır.

Dolların satış qiymətini NBC Bank 1.97 manatdan 1.9590 manata, Bank of Baku 1.98 manatdan 1.97 manata, ExpressBank 1.9650 manatdan 1.96 manata endirib.

Ən sərfəli kredit üçün müraciət et

Dolların alış qiymətlərində daha böyük azalma müşahidə olunur.

Xəbər verdiyimiz kimi, “Qara bazar”da dollar cüzi ucuzlaşıb. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumata görə, səhər saatlarında dolların alışı 1.93 manata, satışı isə 1.95-1.96 manata düşüb. Qeyd edək ki, dünən səhər saatlarında dolların alış-satışı eyni kursla aparılsa da, günortadan etibarən “qara bazar”da dolların alışı 1.95 manata, satışı isə 1.9750 manata qədər yüksəlmişdi.

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et