Banklarda Dollar ona görə, bahalaşır ki... | Banco.az

Banklarda Dollar ona görə, bahalaşır ki...

Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir.

İqtisadçı Vüqar Bayramov bu barədə yazaraq qeyd edib ki,  son 10 gündə rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşan milli valyutamız bu müddətdə vayuta bazarında 3 manatdan çox ucuzlaşıb. Bu gün banklarda dolların alış kursu 1.70-ə yaxınlaşıb:

“Əslində, bazarda olan vəziyyət hərraclara da öz təsirini göstərməlidir. İqtisadi baxımdan, bazardan baha qiymətə dollar alan banklar hərracda da daha yüksək məzənnə ilə sifariş irəli sürməlidirlər. Aydındır ki, dolların bahalaşması xarici valyutalara tələbin artması ilə bağlıdır. Bazarda tələbin yüksəlməsi isə mövcümü olaraq xarici səfərlərini planlaşdıran vətəndaşlarımızın xarici valyutaya tələbinin yüksəlməsi, büdcə xərcləmələrinin artması və Beynəlxalq Bankın xarici borc öhdəliklərinin restrukturizasiya planının bazara psixoloji təsirləri ilə əlaqədardır. Növbəti dövrdə məzənnənin necə dəyişməsi isə büdcə xərcləmələrinin və eləcə də manat bazasının səviyyəsi və nağdlaşdırmaya tətbiq edilən limitlərdən asılı olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et