Tez-tez bankların təklif etdikləri müxtəlif növ kreditlərdə faiz dərəcələrinin endirilməsi ilə bağlı məlumatlar eşidirik. Hansısa bank reklam edir ki, istehlak kreditində faiz dərəcələrini endirmişik. Müştəriləri bu yolla cəlb edirlər. Vətəndaşlar reklamın təsiri ilə banka gedəndə isə əksər banklar onlara əvvəlki faiz dərəcələrinin necə olması haqqında məlumat vermirlər. Reklam haqqında qanuna təklif edilən dəyişiklik bankların faiz hiyləsinə son qoya bilər.
Vətəndaşların narazılığı kreditlər götürülərkən bankların endirim kampaniyaları haqqında ətraflı məlumat verilməməsilə bağlıdır. Onlar iddia edirlər ki banklar əvvəlki endirimdən əvvəlki faiz dərəcələrini gizlədirlər
Belə narazılıqlara yaxın gələcəkdə son qoyula bilər. Milli Məclisdə Reklam haqqında qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub ki, bank məhsullarının şərtlərinin dəyişməsi ilə bağlı reklam hazırlanarkən əvvəlki və indiki faiz dərəcələri konkret göstərilməlidir.
Ekspertlər qanun layihəsinin bu bəndini müsbət qiymətləndirirlər. Onlar deyir ki, reklamın təsiri ilə banka üz tutan müştərilərin hüquqları pozulur. Bu üsulla həqiqətən faizlərdə endirimin olub olmadığını bilmək olmur. Əvvəlki faiz dərəcələri göstərilmədən bankın faiz endirimi reklamı vətəndaşlardan daha artıq vəsait qoparılır.
Qanun qəbul edildikdən sonra vətəndaşın müqayisə imkanları genişlənəcək. Bununla da real endirimin olub olmadığı, yaxud da olubsa ödənişlə ifadəsində nə qədər fərq etməsi haqqında insanlarda konkret məlumatlar olacaq.