Saat 22-30..
Və birdən bank kartın və ya hesabın ilə bağlı problem yarandı. Yaxud da, təcili məlumat lazımdı və sən bilmirsən bunu kimdən öyrənəsən. Banklar bağlıdır və Call Center-lər edilən zənglərə cavab vermir. Tək çarən səhərin açılmasını gözləməkdir. Ya da saatlarla internetdə məlumat axtarmaq.
Bugünkü məqaləmdə sizə, bankların siz müştərilərinə təqdim etdiyi Call Center xidmətinin iş rejimi barədə məlumat verəcəyəm. Ümid edirəm ki, bu sizin köməyinizə çatacaq. Ən azından saatlarla telefon dəstəyində melodiya dinləməyəcəksiniz. İş vaxtlarında zəng edərək məlumatlarınızı ala biləcəksiniz.
İlk növbədə sizə 7 gün 24 saat xidmət göstərən banklarımızı təqdim edirik. Siz günün istənilən saatında bu banklardan hər hansı birinə zəng edərək məlumat ala bilərsiniz:
Aşağıdakı cədvəldə isə digər bankların iş rejimini təqdim edirəm. Cədvəldə iş günləri və saatları barədə məlumatlar mövcuddur:
Bank |
İş günləri |
İş saatları |
Nahar fasiləsi |
AccessBank |
I-VI gün |
09:00 - 18:00 |
Olmur |
AFB Bank |
I-V gün |
09:00 - 18:00 |
Olur |
Amrahbank |
I-V gün |
09:00 - 18:00 |
Olur |
ASB Bank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Atabank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Atrabank |
I-V gün |
09:00 - 18:00 |
Olur |
Azər-Türk Bank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Azər Kredit Bank |
I-V gün |
09:00 - 17:00 |
Olmur |
Bank Avrasiya |
I-V gün |
09:00 - 18:00 |
Olur |
Bank of Baku |
I-V gün |
09:00 - 20:00 |
Olmur |
VI-VII gün |
09:00 - 18:00 |
||
Bank Respublika |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
VI gün |
10:00 - 15:00 |
||
Bank Silk Way |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Bank Technique |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Beynəlxalq Bank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
BTB Bank |
I-V gün |
09:00 - 18:00 |
Olur |
Deka Bank |
I-V gün |
09:00 - 18:00 |
Olur |
Dəmirbank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
VI gün |
10:00 - 14:00 |
||
Expressbank |
I-V gün |
09:00 - 22:00 |
Olmur |
VI gün |
09:00 - 18:00 |
||
Muğanbank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
NBC Bank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
VI gün |
10:00 - 12:00 |
||
Nikoil Bank |
I-V gün |
09:00 - 19:00 |
Olmur |
Parabank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
VI gün |
10:00 - 16:00 |
||
Rabitəbank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Turanbank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
VI gün |
10:00 - 14:00 |
||
Unibank |
I-VI gün |
09:00 - 22:00 |
Olmur |
Xalq Bank |
I-V gün |
09:00 - 18:00 |
Olmur |
Qeyd etmək istərdim ki, məlumatlar bankların Məlumat Mərkəzlərinə edilən zənglər zamanı alınmışdır.
Siz Call Center-lərin iş keyfiyyəti barəsində hazırladığımız məqaləyə buradan daxil ola bilər və eyni zamanda xidmət keyfiyyəti barəsində fikirlərinizi qeyd edə bilərsiniz.
Ümidvarıq ki, gələcəkdə bütün banklarımız fasiləsiz Call Center xidmətini təqdim edərlər. Düşünürəm ki, müştəri məmnuniyyəti üçün bu lazımdır.
Əziz oxucularımız, arzu edərdik ki, etdiyiniz heç bir zənginiz cavabsız qalmasın... :)
Günel Abduraxmanova / [email protected]