Banklara 50 və 100 manatlıq əsginasların verilməsi üzrə tariflər artırıldı | Banco.az

Banklara 50 və 100 manatlıq əsginasların verilməsi üzrə tariflər artırıldı

Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.

Bunu ölkədə bank sektoruna yaxın mənbə bildirib.
Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.

Mənbə: Trend.az