“Banklar və Biznes” Qəzetinin elan etdiyi tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb | Banco.az

“Banklar və Biznes” Qəzetinin elan etdiyi tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb

“Banklar və Biznes” Qəzetinin (BBN.az) elan etdiyi  tələbələrarası məqalə müsabiqəsində məqalələrin qəbul müddəti  19 noyabr 2018-ci il tarixinədək uzadılıb. Belə ki,  “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə keçirilən müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr  təhsili alan bütün tələbələr iştirak edə bilərlər.

Müsabiqədə təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:

“Məsuliyyətli borclanma”

Müsabiqə aşağıdakı istiqamətləri  əhatə etməlidir:

  • Məsuliyyətli borclanma nə üçün önəmlidir;
  • Kredit üçün müraciət etməzdən əvvəl vətəndaş hansı məqamlara diqqət etməlidir;
  • Borclanma ilə bağlı qərarı verərkən ödəmə qabiliyyətinin, cari və gələcək gəlirlərin, xərclərin qiymətləndirilməsi nə üçün vacibdir;
  • Maliyyə öhdəliyinin vaxtında və tam icra edilməməsi borcalan üçün və bank –maliyyə sistemində hansı problemləri yarada bilər;
  • Məsuliyyətli borclanmanın təmin olunması üçün borcalanın öhdəsinə düşən vəzifələr;

Mükafat fondu:

1-ci yer – 500 manatlıq hədiyyə kuponu;

2-ci yer – 300 manatlıq hədiyyə kuponu;

Ən sərfəli kredit üçün müraciət et

3-cü yer  – 200 manatlıq hədiyyə kupunu;

Növbəti  5 yer – həvəsləndirici hədiyyələr

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə bakalavr və magistr təhsilini davam etdirməlidir;

Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;

Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.

Yazıya qarşı olan tələblər:

  • Məqalə “Times New Roman” yazı şriftində, 11 punto ölçüsündə, 1.5 ara ilə hər tərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;
  • Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.
  • Müraciət:
  • Hazırlanan məqalələr  19 noyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə [email protected]  elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:

Şəxsiyyət vəsiqəsinin üzü

Tələbə biletinin üzü;

Ev və ya mobil telefonu.

Ən sərfəli krediti almaq üçün müraciət et