Banklar özünü yiyəsiz hiss edir – Samir Əliyev | Banco.az

Banklar özünü yiyəsiz hiss edir – Samir Əliyev

“İndi çətin dövrdür və banklar özlərini yiyəsiz hiss edirlər. Mərkəzi Bank zəruri dəstəyi vermir” -  İqtisadçı eskpert Samir Əliyev Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyində edilən dəyişikliklə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə əsasən Bu dəyişikliyin real yoxsa formal olmasını isə zaman göstərəcək.

“Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyində dəyişiklik oldu və Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev yenidən sükan arxasına keçdi. Bundan əvvəl 10 il Assosiasiyaya rəhbərlik edib və onu Eldar İsmayılov əvəz edib.

Bank sektorunun böhranlı vəziyyətində nəhayət ki Assosasiyanın mövcudluğu üzə çıxdı.

 Təəssüf ki, bu dəfə də böhranın aradan qaldırılması ilə bağlı təkliflərlə yox, növbəti seçki konfransı ilə diqqətə gəldi. Assosiasiyanın fəaliyyəti illər ərzində sönük olub. Bankların müdafiəsi ilə bağlı ciddi təşəbbüslər müşahidə edilməyib. Ölkənin ən pullu qurumlarının toplaşdığı birliyinin rəsmi internet səhifəsi həm texnoloji imkanlarına, həm də məlumat zənginliyinə görə ən kasıb quruma belə uduzur.

Ən sərfəli kredit üçün müraciət et

 İndi çətin dövrdür və banklar özlərini yiyəsiz hiss edirlər. Mərkəzi Bank zəruri dəstəyi vermir. Tənzimləyici qurumu daha çox ölkənin makroiqtisadi sabitliyi düşündürür. Belə vəziyyətdə köhnə qvardiyanın yada düşməsi və önə çıxarılması təəccüblü görünməməlidir. Bank sektorunun ağır dövründə peşəkar bankirin - Z.Nuriyevin prezident kürsüsünə gətirilməsi onu göstərir ki, banklar Assosiasiyanın fəaliyyətində canlanma yaratmaq istəyir və onların səsini gücləndirəcək bir quruma ehtiyacları var. Bu dəyişikliyin real yoxsa formal olmasını isə zaman göstərəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et