Banklar nə vaxt istirahətə çıxacaq? | Banco.az

Banklar nə vaxt istirahətə çıxacaq?

Bildiyiniz kimi, Novruz bayramı ilə əlaqədar 20.03.2015-dən 28.03.2015-dək Nazirlər Kabineti tərəfindən qeyri-iş günləri kimi təsdiq edilib. Eyni zamanda Mərkəzi Bank tərəfindən bayram günləri ərzində işçilərin əlavə işə cəlb edilməsi barədə heç bir təlimat yoxdur. Əksər xidmət sahələrində olduğu, bank sektoru da tamamı ilə tətilə yollana bilmir, çünki pul ilə bağlı məsələlər öz zəruriliyi ilə seçilir.  Bəs, banklar qeyd olunan tarixlərdə qeyri-ş günü elan ediblər? Bu məsələ ilə bağlı Banco.az portalı olaraq bankların qeyri-iş günlərini sizin nəzərinizə çatdırmaq istəyirik.

Bank Standard - Bankımızn Mərkəzi, Elm və Səkkizinci filialları 23-26 mart tarixlərində iş reimində olacaqlar.

Bank of Baku - Bayramla əlaqədar olaraq sonuncu iş günü 19.03.2015, bayramdan sonra ilk iş günü isə 29.03.2015 tarixidir.

Azərbaycan Sənaye Bankı  - Novruz bayramı ərəfəsində də fəaliyyət göstərəcəkdir. Belə ki, Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Park Bulvar filialı ilin 365 günü səhər saat 10:00-dan axşam 21:30-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.

VTB (Azerbaijan) - Bayram günləri bankımızda qeyri-iş günüdür.

AtaBank - Bayram günlərində 20-28 mart tarixləri arası 25-i qısa iş günü elan edilmişdir. Bank 10:00-dan 15:00-dək, kassa10:00-dan 14:00-dək işləyəcək.

Rabitabank - Martın 20-27 aralığı filiallarımızda qeyri iş günüdür.

Azer-Turk Bank - Bank 29.03.2015-ci il tarixindən etibarən yenidən xidmətinizdə olacaq.

Bank Respublika - 20.03.2015-ci il tarixindən 27.03.2015-ci il tarixi daxil olmaqla qeyri-iş günləri elan edilmişdir. 28 mart 10:00-dan 15:00-a qədər və 29.03.2015-ci il (bazar günü) 9.00-dan 17.30-qədər iş günüdür.

Bank Technique - Mart ayın 20-28 qeyri-iş günləri olduğuna görə "Bank Technique" ASC işləmir.

Ən sərfəli kredit üçün müraciət et

Zaminbank - Bayram günləri ayın 20-28 işləmirik.

AtraBank - 20-28 mart tarixləri qeyri iş günüdür. 29 mart bazar günü isə iş günüdür.

DemirBank - 20-28 mart tarixləri iş günləri deyil. Ancaq Müştəri Xidmətləri Mrəkəzi (149) bayram günləri də müştərilərin zənglərini qəbul edəcək.

Bank "BTB" - Bayram günləri 20-28 mart tarixləridir.

Amrahbank - Bayram günləri istirahət günləridir. Hər hansı bir dəyişiklik olsa müştərilərimiz dərhal məlumatlandırılacaq.

Muganbank - Ayın 20-28-dək qeyri-iş günü olacaq.

TuranBank - 20-26 dək iş günləri sayılmır, 27-28 qısa iş günləri, ayın 29 dan tam iş günləri başlayacaq

Azərbaycan Beynəlxalq Bankı - Son iş günü 19mart, bayramlardan sonra 1-ci iş günü 29mart hesab edilir.

AGBank - 20 mart tarixindən - 28-dək qeyri iş günüdür, 29 mart isə iş günüdür

Unibank - Unibank filiallarında martın 20-dən 28-dək qeyri-iş günüdür. Martın 29-u saat 09:00-dan etibarən Unibank filialları müştərilərinə xidmət göstərəcək.

AccessBank - Sizin Yerli Avropa Bankınız - Nəzərinizə çatdırıram ki, 26-27 mart 2015-ci il tarixlərində 10:00-dan 16:00-dək AccessBankın yalnız full filialları işləyir. 28 mart tarixində isə Bankın yalnız Səbail, Bül-Bül, Xalqlar Dostluğu, H.Aslanov,Binəqədi, Sumqayıt (Sülh),Gəncə (Nizami), Maştağa filialları işləyəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et