Banklar müştərinin kredit tarixçəsinə necə baxa bilər? | Banco.az

Banklar müştərinin kredit tarixçəsinə necə baxa bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son vaxtlarda banklar müştərinin kredit tarixçəsinə dair məlumat əldə etmək və borcalanın öz öhdəliklərini nə dərəcədə düzgün yerinə yetirdiyini öyrənmək məqsədilə müxtəlif üsullardan istifadə edirlər.

Qanunla isə müştərinin icazəsi olmadan onun kredit tarixçəsinə baxmağa icazə yoxdur.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən vəkil Əkrəm Həsənov deyib ki, bank əməkdaşı yalnız müştərinin yazılı icazəsi ilə onun "MyGov"da “Soğulanmış məlumatlarım” bölməsinə daxil ola bilər.

“Bunun üçün müştərilər ona təqdim olunan ərizəyə imza atmalıdır. Həmin ərizədə şəxsi məlumatların oxunmasına dair müştəridən icazə barədə məlumatlar əks olunub.Amma  müştərinin kredit tarixçəsinə  onun razılığı olmadan bank tərəfindən baxılarsa vətəndaş bankı məhkəməyə verə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram