Banklar kredit faizlərindən 2,2 mlrd. manat gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 2,2 mlrd. manat gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-sentyabr aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 232 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 329 milyon manat və ya 17,3% çoxdur.

Banklar 2023-cü ilin yanvar-sentyabr aylarında 1 milyard 903 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən 9 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 301 milyon manat (11,7%) artaraq 2 milyard 883 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram