Banklar işsiz şəxsləri əvəzsiz maliyyələşdirəcək - RAZILAŞMA | Banco.az

Banklar işsiz şəxsləri əvəzsiz maliyyələşdirəcək - RAZILAŞMA

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 

Memorandum həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə bağlanıb.

Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Ölkə ərazisində fəaliyyət göstərən banklar könüllülük prinsipi əsasında proqramda iştirak edəcək və bu memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək. 

Sənədə əsasən, proqram iştirakçılarının müxtəlif bank-maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.

Xatırladaq ki, Dünya Bankı da Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayırıb. Kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et