Banklar haqqında video sorğu | Banco.az

Banklar haqqında video sorğu

Banco.az portalı olaraq, əhalinin banklar haqqında fikirləri, məlumatlılıq səviyyəsi, müştəri məmnunluğu kimi məsələləri həmişə diqqət mərkəzində saxlamağa çalışırıq. Sorğulara həmişə geniş yer verən portalımız, bu dəfə əhali arasında video sorğu keçirmək qərarına gəldi.

Sorğu zamanı bir çox maraqlı məqamlarla rastlaşdıq.

Məsələn, yaxınlaşdığımız bəzi şəhər sakinləri ümumiyyətlə cavab verməkdən imtina edir, “bizim bankda pulumuz yoxdur” deyirdi. Bəzi sakinlər isə sadəcə vaxt darlığından şikayətlənir, cavab verməkdən yayınırdı. Əksəriyyət “banklara heç bir borcunun olmadığını” iddia edir. Maraqlıdır, heç kəs kredit götürmürsə, bəs Mərkəzi Bankın statistik rəqəmləri və borclanma ilə bağlı göstəriclər necə yaranır?

Hətta müsahiblərimizdən biri qeyd etdi ki, “kifayət qədər yüksək əmək haqqı aldığı üçün, kreditə heç zaman ehtiyacı olmayıb”.

Ən sərfəli kredit üçün müraciət et

Digər, maraqlı lakin təssüf doğuran məqam isə o idi ki, əhali kifayət qədər məlumatlı deyil. Məsələn, “Çoxlu pulunuz olsa, hansı banka əmanət edərdiniz?” – sualına Milli Bank deyə cavab verən insanlar da olurdu. Sorğu bitdikdə, Mərkəzi Banka fiziki şəxslərin əmanət yerləşdirə bilmədiyini və s. nüansları onlara izah edirdik.

Yüz eşitməkdən və min dəfə oxumaqdansa, bir dəfə görmək daha yaxşıdır.

Buyurub izləyin.

Mənim üçün sorğu onu aşkar etdi ki, bizim ölkədə əməlli maarifləndirmə işlərinə ehtiyac var.

Qeyd edək ki, hədiyyəli sualımıza düzgün cavab verən sorğu iştirakçılarına Banco.az tərəfindən mobil danışıq kartları hədiyyə edildi. 

Ən sərfəli krediti almaq üçün müraciət et