Banklar hansı şüarlardan istifadə edir? | Banco.az

Banklar hansı şüarlardan istifadə edir?

İlk təəssüratın nə qədər önəmli olduğunu çox eşitmişik. Məsələn, ilk gördüyümüz insan bizdə xoş təəssürat oyadıbsa, onun səhv qərar və düşüncələrini qəbul etmirik. Yaxud da, görməzlikdən gəlirik. Başqa bir nümunəyə baxaq. Hər hansı məhsulu aldığımız zaman məhsulun keyfiyyəti bizi qane etmirsə, o məhsulu yenidən almırıq. Hətta həmin mağazaya belə yenidən daxil olmaq istəmirik. İlkin təəssüratın şirkətlər üçün digər forması da onların şüarıdır. Şüar şirkətin misiya və vizyonunu özündə əks etdirdiyindən şirkət haqqında ilkin fikir formalaşdırır. Şirkət yaratdığı şüar elə ola bilər ki, hər kəsin dillər əzbərinə çevrilər. Bununla da, şirkət digərlərindən bir addım öndə olar. 

Həmçinin bax: Sloqan necə olmalıdır?

Bütün bunlar xidmət sektoruna, xüsusilə də banklara da aiddir. Bəs bizim banklar hansı şüarlardan istifadə edir? Banco.az bankların şüarlarını bir yerə toplayaraq təqdim edir:

Banklar

Şüar

AccessBank

Sizin yerli Avropa Bankınız

AFB Bank

Hər kəs üçün eyni

AGBank

Zəngin olmaq haqqınızdır

Amrahbank

Sizə açıq və aydın bank

AtaBank

Bir addım öndə

Azər Türk Bank

Sizin Dövlət Bankınız

Azərbaycan Beynəlxalq Bankı

Müasir Dövlət Bankınız

Azərbaycan Sənaye Bankı

Bir bankdan daha üstün

Bank Avrasiya

Avropa keyfiyyəti – Asiya ənənələri

Bank BTB

Arzulara yaxın ol

Bank of Baku

Sizə yaxın bankçılıq

Bank Respublika

Sizə faydalı

Expressbank

İşiniz rahat getsin

Günay Bank

Sabahından arxayn

Kapital Bank

Birinci bank

Muğanbank

Adımız tariximizdir

Naxçıvanbank

Birlikdə yüksələk

NBCBank

Hər zaman yanınızda

Paşa Bank

Zirvələrə doğru. Birlikdə

Premium Bank

Daha çox alın, tez-tez səyahət edin

Rabitəbank

Orta və Kiçik Biznesin tərəfdaşı

Turanbank

Bizimlə etibarlıdır

Unibank

Hər kəsin bankı

Xalq Bank

Uğurla birlikdəyik

Yapı Kredi Bank

Xidmətdə Sərhəd Yoxdur!

Ziraat Bank

Bir bankdan daha artıq

Ən sərfəli kredit üçün müraciət et

 

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et