Banklar gücləndirilmiş iş rejiminə keçib | Banco.az

Banklar gücləndirilmiş iş rejiminə keçib

Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütüngünləri 24 saat, digərləriisə şənbə və bazar günləridə daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-namüraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Vüsal Həsənov

Email: vüsal.hasanov@fimsa.az

Ən sərfəli kredit üçün müraciət et

Tel: (+994) 12 493 50-58 (daxili 429)

Mob: (+994) 55 294 00 05

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirənbankların filial və şöbələrinin siyahısıMBNP-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azsaytı və [email protected]elektron poçt ünvanına müraciət edə bilərlər.

Bakı şəhərində 15 oktyabr- 15 noyabr 2017-ci il tarixlərində keçiriləcək İkinci ticarət festivalı (“shopping festival”) dövründə 
valyuta mübadilə əməliyyatları həyata keçirən bankların filial və  şöbələrinin gücləndirilmiş iş rejimi barədə
MƏLUMAT

Ən sərfəli krediti almaq üçün müraciət et