"Banklar girovları sürətli sata bilmirlər" | Banco.az

"Banklar girovları sürətli sata bilmirlər"

“Bankların real sektora daha çox kredit ayırmasının qarşısındakı əngəllərdən biri girovların satışının uzun çəkməsidir”

Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Verilmiş kreditlər üçün götürülmüş girovların realizasiyası (satışı) uzun müddət çəkir. Banklar girovları satıb vəsaitini götürə bilmir, amma vaxtı çatdıqda əmanətçinin pulunu qaytarırlar. Girovların reallaşdırılması mexanizmi sadələşdirilməlidir. Bu bankları biznes kreditləri ayırmağa maraqlandıracaq. Əgər girovların satışı 5 il çəkirsə, təbii ki, bu, kredit faizlərinin də yüksəlməsinə səbəb olacaqdır”, - Elman Rüstəmov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et