Banklar filialların sayını artırır, şöbələrin sayını azaldırlar | Banco.az

Banklar filialların sayını artırır, şöbələrin sayını azaldırlar

Bu il aprelin 1-nə Azərbaycanın bank sektoru 512 filiala və 129 şöbəyə malik olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 1 vahid çox və 14 vahid vahid azdır.

Bu ilin yanvar ayında bankların filial və şöbələrinin sayında dəyişiklik olmasa da, fevral ayında ölkədə 1, mart ayında isə 3 bank filialı açılıb. Martda həmçinin 1 bank şöbəsi bağlanıb. 

Report.az