2018-ci ilin fevral ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların sayı 30, onların cəmi filiallarının sayı 511, şöbələrinin sayı isə 143 olub.
Qeyd edək ki, 2018-ci ilin əvvəlində bank filiallarının sayı 509, şöbələrinin sayı isə 142 olaraq qeydə alınmışdı. Bu isə, bankların tədricən filial və şöbələrinin sayını artırdığını göstərir.